Ana səhifə »  Qəzetin pdf formatı »  Minimum əməkhaqqının artırılması dövlət və özəl sektorda çalışan 600 mindən çox işçini əhatə edəcək
A+   Yenilə  A-
Minimum əməkhaqqının artırılması dövlət və özəl sektorda çalışan 600 mindən çox işçini əhatə edəcək

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam Azərbaycanda həyata keçirilən sosial siyasətin ölkə vətəndaşlarının mənafeyinə xidmət etdiyini bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği növbəti dəfə artırılıb və 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət başçısının imzaladığı Sərəncamla maaş artımı 600 mindən çox işçini əhatə edəcək.
Azərbaycanda maaşların, pensiyaların artırılması daimi prosesə çevrilib
Azərbaycan bütün dünya üzrə ən dinamik inkişaf edən iqtisadiyyata malikdir. Son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib ki, bu da dünya üzrə rekord göstəricidir. Bəhs olunan dövrdə Azərbaycana daxili və xarici mənbələrdən 250 milyard dollar həcmində investisiya yönəldilib. 2003-cü ildən bəri dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda iri infrastruktur layihələrinin reallaşdırılmasına baxmayaraq, respublikamız özünün strateji valyuta ehtiyatlarını 24 dəfə artıraraq 45 milyard dollara çatdırmağa nail olub.
Deyilənlərdən də göründüyü kimi, ölkədə güclü iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Eyni zamanda, son 15 il ərzində respublika iqtisadiyyatının güclənməsi dərinməzmunlu sosial siyasət həyata keçirmək üçün geniş imkanlar açıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bunu nəzərə çatdıraraq vurğulayıb: “Bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək”.
Bütövlükdə, Azərbaycan Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq əhalinin gəlir imkanlarının artırılması ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Bu hədəflərə çatmaq üçün reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda yoxsulluq qısa müddətdə 5 faizədək aşağı düşüb. Məlumdur ki, ölkədə prevantiv tədbirlər sayəsində inflyasiya aşağı səviyyədə saxlanılır. 2019-cu ilin əvvəlindən də müşahidə edildiyi kimi, ölkədəki monetar şərait, məqsədyönlü məzənnə siyasəti inflyasiyaya məhdudlaşdırıcı təsir göstərməkdə davam edir. Respublikamızda ötən ilin dekabrında aylıq inflyasiya cəmi 0,8 faiz təşkil edib. Dekabrda istehlak səbətinə daxil olan məhsulların 31 faizinin qiyməti dəyişməyib, 15 faizinin qiyməti azalıb. Bahalaşan məhsulların əsas hissəsinin qiymət artımı 2 faizdən aşağı olub. Bütövlükdə, 2018-ci ilin yekunu üzrə isə orta illik inflyasiya cəmi 2,3 faiz olub. Belə aşağı inflyasiya göstəriciləri fonunda respublika miqyasında əhalinin gəlirləri daha çox artır. Belə ki, ölkədə əhalinin gəlirləri 2003-cü ildəki 5,7 milyard manatdan 2018-ci ilin sonunda 53 milyard 688,6 milyon manata çatıb. 2018-ci ildə respublikada əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 9,2 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il əhalinin hər nəfərinə düşən gəlirlər 5 min 467,4 manat və ya ayda orta hesabla 455,6 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49 milyard 595,5 milyon manatlıq vəsait qalıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində əhalinin gəlirlərinin inflyasiyanı üstələməsindən məmnunluğunu ifadə edib. “İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə əmək haqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol aynayır. 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2018-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.
Ölkədə pensiyaların artırılması tendensiyası cari ildə də davam etdirilir. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Yuxarıda sadalanan statistik göstəricilərdən də göründüyü kimi, Azərbaycanda əhalinin gəlir imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet hədəflərindən birini təşkil edir. Bu da onu təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən siyasət sosialyönümlüdür. Yuxarıda bəhs olunan konfransdakı nitqində bunu xüsusi vurğulayan Prezident İlham Əliyev “Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”, - deyə bildirib.
Minimum əməkhaqqının artırılmasına dövlət büdcəsindən illik 400 milyon manat vəsait yönəldiləcək
Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı təkcə 180 manata qədər olan əmək haqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək. Nazirliyin rəsmisi KİV-ə açıqlamasında vurğulayıb ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əmək haqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əmək haqlarında da müəyyən faizlərdə də artım baş verir. S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əmək haqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlardır. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.
Yeni iş yerlərinin yaradılmasının əhalinin artım dinamikasını üstələməsi çox yaxşı göstəricidir
Respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib ki, bu da əhalinin gəlir imkanlarının artmasını şərtləndirən fundamental amillərdən biri qismində çıxış edir. Ölkəmizdə son 15 ildə ölkə üzrə çoxlu sayda sənaye istehsalatları yaradılıb, eyni zamanda, aqrar sektorda əmək tutumu və gəlir imkanları geniş olan sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Nəticədə, fəal məşğul əhalinin əmək bazarına inteqrasiyası artıb və Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda işsizlik 5 faizədək aşağı düşüb. Eyni zamanda, Prezident İlham Əliyev qarşıya respublikamızda yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tələbi belədir ki, ölkədə artan əhali işlə təmin olunmalıdır. Bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür”.
Respublikamızda cari ilin əvvəlindən Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına başlanılıb. Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır. Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əməkhaqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub. Onlardan artıq 23 mindən çox şəxs ödənişli ictimai işlə təmin olunub.
Məlumdur ki, respublikamızda 2019-cu ilin əvvəlindən struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Əlbəttə, struktur islahatları reallaşdırılarkən hansısa ştat vahidlərinin ləğv edilməsi, müəyyən ixtisarların aparılması da labüddür. Ancaq bu, heç də vətəndaşların əmək hüquqlarının pozulması anlamına gəlməməlidir. Vətəndaşların iş yerləri ilə təmin olunmasının prioritetliyi aparılan struktur islahatları zamanı da ciddi şəkildə gözlənilir. Prezident İlham Əliyev ölkədə iş yerlərinin qorunmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır”.
Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin rifah halının yüksəlməsinə yönəldilib
Azərbaycanda həyata keçirilən sosial siyasıt bilavasitə əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına yönəldilib. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərinə diqqət çəkərək “Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır”, - deyə vurğulayıb.
Respublikamızda ədalətli resurs bölgüsü həyata keçirilir, qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətə uyğun olaraq müharibədən əziyyət çəkən insanlar, o cümlədən də qaçqın və məcburi köçkün soydaşlarımız geniş dövlət qayğısı ilə əhatə olunublar. İndiyədək dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb.
Ölkəmizdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası çərçivəsində müvafiq kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsi uğurla həyata keçirilir. Eyni zamanda, dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1410  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA