Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ilidir. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri on ikinci əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, on səkkizinci əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. 1918-ci ildə Naxçıvanda bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikası yaradılmışdır. 1924-cü ildə isə Naxçıvana muxtar respublika statusu verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.

Ali Məclisin Sədri deyib: Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdir. O dövrdə bunu zəruri edən mühüm bir amil də naxçıvanlıların daim Azərbaycanla bir olmaq tələbi, ana Vətəndən ayrı düşməmək istəyi idi.

Qeyd olunub ki, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılıb, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilib. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

Ali Məclisin Sədri deyib: Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra, 1998-ci il dekabrın 29-da isə yeni konstitusiyası qəbul olunmuşdur. Ötən 95 il ərzində Naxçıvanın muxtariyyət bayramlarının 8 dəfə qeyd olunması da bu məsələnin siyasi gündəlikdə saxlanmasını şərtləndirmiş, muxtariyyət tarixi araşdırılmış və tədqiq olunmuşdur. Bütün bunlar onu göstərir ki, ölkəmizdə muxtariyyətin tarixi, hüquqi və siyasi bazası formalaşmış, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

“Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə də böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmiş, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 456 min nəfərə çatmışdır", - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan diyardır.

Şübhəsiz ki, muxtar respublikanın inkişafında insan faktoru da mühüm rol oynayıb. Ötən dövrlər ərzində hər bir muxtar respublika sakininin çəkdiyi əmək Naxçıvan Muxtar Respublikasının inkişafına, müdafiəsinə və nəticə etibarilə bugünkü tərəqqisinə xidmət edib. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunublar.

Ali Məclisin Sədri tarixi gündə muxtariyyətin və torpaqlarımızın müdafiəsində şəhid olanları yad edib, sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, tədbir iştirakçılarını muxtariyyət günü münasibətilə təbrik edib, çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Muxtariyyətin 95 ili" filminə baxış olub.

Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun, 10 oktyabr, 19 oktyabr, 30 oktyabr, 20 noyabr, 5 dekabr, 25 dekabr, 2019-cu il 31 yanvar tarixli Sərəncamları ilə muxtar respublikada səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs 1-ci, 2-ci və 3-cü dərəcəli “Əmək” ordenləri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” və Azərbaycan Respublikasının “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adları ilə təltif olunublar.

Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Həzi Həsənov, Hüseyn Məmmədov, Hicran Muradov, İsa Qasımov, Minayə Xəlilova, Məmməd Məmmədov, Bayram Nəcəfov, Xaliq Abbasov, Aybəniz Fərəcova, Vidadi Naibov, Seyfəddin Xəlilov, Fikrət Həsənov, Mübariz Şirəliyev, Elxan Quliyev və Azad Cabbarov əməklərinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə minnətdarlıq edib və bunu çalışdıqları kollektivlərin fəaliyyətinə göstərilən qayğı kimi dəyərləndiriblər. Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin edib. Qazanılan uğurlar və bu işdə əməyi olanların dövlətimizin yüksək mükafatlarına layiq görülməsi məsuliyyət və etimadı daha da artırır. Təltif olunanlardan Azad Cabbarov Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi münasibətilə muxtar respublika gəncləri adından Ali Məclisin Sədrini təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabı elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatını kitabın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

İsmayıl Hacıyev minnətdarlıq edərək deyib ki, muxtar respublikada elmin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması və ötən dövrdə keçdiyi inkişaf yolu bu qayğının bəhrəsidir. 95 illik muxtariyyət tarixinin ötən 25 ilə yaxın bir dövründə bütün sahələrdə inkişaf, tərəqqi və sabitlik təmin edilib. Muxtar respublikanın yubileyləri yüksək səviyyədə qeyd olunub, muxtariyyətimiz daha da möhkəmləndirilib. İsmayıl Hacıyev verilən yüksək qiymətə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi və elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, “Əməkdar dövlət qulluqçusu”, “Əməkdar hüquqşünası”, “Əməkdar jurnalisti”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar tibb işçisi”, “Əməkdar həkimi”, “Əməkdar rəssamı”, “Əməkdar kənd təsərrüfatı işçisi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülüb.

Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Güllü Allahyarova minnətdarlıq edərək deyib: Muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, ən ucqar dağ kəndlərində də lazımi şəraiti olan məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır. Müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəblər müəllimlərin fəaliyyəti üçün geniş imkanlar açır. Müəllimlərin əməyinin qiymətləndirilməsini də yaradılan şəraitin və təhsilə göstərilən qayğının bəhrəsi kimi dəyərləndiririk. Bu etimadın müqabilində daha səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəyik.

Təltif olunanlardan Nurlana Əliyeva, Aybəniz Seyidova, Kəmalə Əliyeva, Bahar Hüseynova, Turac Xudiyeva, Hikmət Əliyev, Nadir Hüseynov, Ədalət İsmayılov və Aydın Mirzəyev muxtar respublikanın 95 illik yubileyində əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunmuş fermer Qəzənfər Qurbanov çıxış edərək deyib: Muxtar respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Torpaq mülkiyyətçiləri, fermerlər qayğı ilə əhatə olunub. Ailə təsərrüfatları inkişaf etdirilir. Ali Məclis Sədrinin yaylaqlarda olması, fermerlərlə görüşməsi və onların qayğıları ilə maraqlanması, eləcə də əməyimizin qiymətləndirilməsi bizi daha da ruhlandırır. Söz veririk ki, doğma diyarımızın inkişafına töhfəmizi verəcəyik.

Tədbir çay süfrəsi arxasında davam etdirilib.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA