Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Rusiya nazirləri Samur çayının üzərində yeni körpünün tikintisi ilə tanış olublar

Azərbaycan və Rusiya nazirləri Samur çayının üzərində yeni körpünün tikintisi ilə tanış olublar

09.02.2019 [10:55]

Yeni körpü ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa imkan yaradacaq
Fevralın 8-də Azərbaycan-Rusiya dövlət sərhədində hər iki ölkənin nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində (Rusiya Federasiyası) yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə (Azərbaycan Respublikası) və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baxışda Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə bu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, yeni körpünün inşasının bu ilin noyabrında başa çatdırılması, dekabrda isə istifadəyə verilməsi nəzərdə tutulur.
Sərhəd-keçid məntəqəsində görülən işlərlə tanışlıqdan sonra iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkələrimizin əlaqələri yüksək səviyyədədir və uğurla inkişaf edir. Rusiya qeyri-neft məhsullarının idxalı və ixracı üzrə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır, təkcə keçən il bu rəqəm 20 faizədək artıb. Bu potensial daha yüksəkdir və onun artırılması istiqamətində işlər görülür.
“Bu gün inşa olunan yeni körpüyə baxış zamanı təqdimat keçirildi. Yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq və yüklərin hazırkı dayanma müddəti aradan qaldırılacaq. Yəni, sahibkarlarımızın Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Körpünün tikintisi uğurla davam etdirilir”, - deyə Ş.Mustafayev qeyd edib.
Şahin Mustafayev bildirib ki, digər sərhəd-keçid məntəqələrindəki vəziyyət də müzakirə olunacaq və əsas diqqət bu məntəqələrdə yüklərin daha rahat və qısa müddətdə keçirilməsinə yönələcək: “Azərbaycan öz infrastrukturunu ilbəil yaxşılaşdırır. Sərhəd-keçid məntəqələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, yeni körpülərin tikintisi, avadanlıqların alınması bu tədbirlərin tərkib hissəsidir. Beləliklə, yeni körpü və quraşdırılan avadanlıqlar həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır”.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr uğurla inkişaf edir. Amma bu prosesi ləngidən bəzi maneələr var idi: “Buradakı köhnə körpü, infrastruktur ölkələrimiz arasında artan ticarət dövriyyəsinə cavab vermirdi. Azərbaycandan Rusiyaya, həm də İrandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya daşınmaların artdığını nəzərə alsaq, yeni tikilən körpünün böyük əhəmiyyəti olacaq. Eyni zamanda, insanların da bu məntəqələrdən rahat istifadəsi üçün hərtərəfli şərait yaradılacaq”.
Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək körpü üç hərəkət zolağından ibarət olacaq.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30