Ana səhifə »  Qəzetin pdf formatı »  Türkdilli ölkələr arasında siyasi və iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir
A+   Yenilə  A-
Türkdilli ölkələr arasında siyasi və iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular.
Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türk dövlətləri arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Türk Mədəniyyət və Miras Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.
Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY Türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır və ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir.
Məlum olduğu kimi, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin ev sahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, bu il, 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının Zirvə görüşü cənab Prezident İlham Əliyevin evsahibliyində Azərbaycanda keçiriləcəkdir. Qeyd etmək istərdim ki, 2013-cü ildə Dövlət Başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilmişdir. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.
TÜRKPA isə tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək parlament diplomatiyası vasitəsilə Türk xalqlarının və dövlətlərinin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır. TÜRKPA-nın ilk Baş katibi olaraq, dörd il Parlament Assambleyasına rəhbərlik etmiş bir şəxs kimi və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı və digər üzv dövlət başçılarının hərtərəfli dəstəyi ilə seçilmiş və dörd il Türk Şurasının Baş katibi olaraq fəaliyyət göstərmiş bir şəxs kimi deyə bilərəm ki, dövlət başçılarımızın vermiş olduğu tapşırıqlar uğurla həyata keçirilməkdədir və iqtisadi, siyasi, strateji əməkdaşlıq istiqamətində məhz bu qardaş təşkilatlar ikitərəfli platformanın çoxtərəfli platformaya çevrilməsinin ən gözəl nümunəsidir.
Eyni zamanda, Türk Akademiyası və Türk Mədəniyyət və Miras Fondu kimi təşkilatlar da ölkələrimiz arasında elm, təhsil və mədəni-humanitar əlqalərin inkişafına böyük töhfələr verir. Bu təşkilatlar vasitəsilə türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin güclənməsi zamanın tələbinə çevrilmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, şübhəsiz, qardaş Türk respublikaları - Özbəkistan və Türkmənistanla olan əməkdaşlığın genişləndirilməsi də çox əhəmiyyətlidir. Əlbəttə, bu, könüllü əsasda olmalıdır. Qeyd etmək lazımdır ki, Türkdilli ölkələrin Dövlət Başçılarının keçən ilin sentyabr ayında Qırğızıstanda keçirilmiş Zirvə toplantısında, təxminən 20 illik fasilədən sonra Özbəkistan dövlət başçısı səviyyəsində iştirak etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Macarıstan Türk Şurasında müşahidəçi statusu almışdır. Macarıstanın Baş naziri Viktor Orban da Qırğızıstanda keçirilən Zirvə görüşünün iştirakçısı olmuşdur. Artıq bu ölkələrin təmsilçiləri Türk Şurası və TÜRKPA-nın toplantılarında müşahidəçi və qonaq qismində iştirak edirlər. Və bu fəaliyyətlər gələcəkdə qardaş ölkələrin Türk əməkdaşlıq qurumlarında tam hüquqlu üzv kimi iştirak etmələri üçün əlverişli zəmin yaradır. Bu da Türk Şurası və digər türk əməkdaşlıq qurumlarının dövlət başçılarımızın vermiş olduğu tövsiyələrə və istiqamətə uyğun olaraq fəaliyyətinin bariz göstəricisidir.
Türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin Türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanmışdır. Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi qəbul edə bilərik.
Türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər. Ona görə də türkdilli ölkələr arasında Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatlar digər üzv olmayan ölkələr və təşkilatlar üçün hər zaman açıq olmuşdur. Dövlət başçılarımız dəfələrlə öz bəyanatlarında bunu xüsusi olaraq vurğulamışlar ki, bizimlə qarşılıqlı əməkdaşlığa maraq göstərən bütün təşkilatlar və ölkələr bu təşkilatlara içərisinə inteqrasiya edə bilərlər və bununla da ölkələrimizin hər birinin ortaq maraqlarına xidmət edəcək şəkildə məmnunluq duyulacaqdır. Məhz buna görə də Özbəkistan, Türkmənistan və Macarıstan bu inteqrasiya prosesinə qoşulmuşlar və əminik ki, bu proses gələcəkdə daha da inkişaf edərək davam edəcəkdir.
Bundan əlavə, yuxarıda qeyd olunan türk əməkdaşlıq qurumları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Türk Şurası BMT, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Ticarət Təşkilatı, ATƏT və digər nüfuzlu təşkilatlar ilə mükəmməl dialoq qurmuşdur. TÜRKPA İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Beynəlxalq Parlamentlərarası İttifaq, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və Asiya Parlament Assambleyası tərəfindən müşahidəçi statusu almışdır. Eyni zamanda, Assambleya ATƏT, ATƏT PA, Avropa Parlamenti, İƏT, GUAM, MDB PA, Baltik Assambleyası və QDİƏT Parlament Assambleyası kimi bir sıra hökumətlərarası və parlamentlərarası təşkilatlarla əlaqələri inkişaf etdirir və fəaliyyətlərində qonaq qismində iştirak edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində, TÜRKSOY qeyri-maddi mədəni irsin qorunması ilə bağlı UNESCO ilə birgə fəaliyyətlər həyata keçirməklə əlaqələri inkişaf etdirir. Digər beynəlxalq təşkilatlarda da bu səviyyədə iştirak türkdilli ölkələrə onların maraq dairəsində olan məsələlərin müzakirəsi və beynəlxalq arenada dəstəklənməsində ortaq mövqedən çıxış etmək üçün önəmli imkanlar yaradır.
Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Təkcə 2017-ci ildə Azərbaycanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Türk Şurası ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, Türk Şurası ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkanlar var. Bundan başqa, birlik ölkələri arasında investisiya yatırımı və onlayn ticarətin genişlənməsi də önəmli imkanlardan hesab olunur.
Qardaş dövlətlər olan Qazaxıstanın Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsi dörd milyard dollar təşkil edir. Qırğızıstan ilə bu rəqəm bir milyard dolları ötmüş, Azərbaycan ilə yarım milyard dollara çatmışdır.
Bu faktlar göstərir ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir.
Dövlətimizin iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Hazırda ölkələrimizin yerləşdiyi regionlarda həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir.
Eləcə də Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu türkdilli ölkələr arasında nəqliyyat dəhlizlərinin inkişaf planları ilə milli nəqliyyat planlarını birləşdirən daha səmərəli regional nəqliyyat sisteminin yaradılması üçün nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir.
Həmçinin ölkələrimizdə irimiqyaslı infrastruktur layihələri də reallaşdırılır. Ən çətin infrastruktur layihələrindən biri Marmara Dəmiryol Tuneli və Şəhərətrafı Kütləvi Dəmiryolu nəqliyyat sistemidir. 2013-cü ilin oktyabrında Türkiyənin Baş naziri vəzifəsində olan cənab Rəcəb Tayyib Ərdoğan iki qitə arasında dünyada ilk sualtı dəmir yolunun açılmasını həyata keçirdi. İstanbul boğazının hər iki tərəfindəki dəmiryol parçaları bir-birinə boğazın altından keçən tunel vasitəsilə bağlanır. Layihə hal-hazırda dünyada ən böyük infrastruktur layihələrindən biridir.
Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır. İlk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçməsindən sonra Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olmuşdur ki, bu imkanları ilə Ələt regionda ən böyük qeyri-neft yüklərin daşınması limanıdır. Limanın da əhəmiyyəti çox önəmlidir, Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması onun önəmini artırır.
Qeyd etmək lazımdır ki, Qazaxıstan da hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirməkdədir. Buna Qərbi Çin - Qərbi Avropa avtomagistralının Qazaxıstan hissəsini misal göstərmək olar. Qazaxıstan artıq Qorqas-Jetiqen və Qərbi Qazaxıstan-Türkmənistan sərhədi dəmir yol xətlərini istismara verib və Mərkəzi Qazaxıstanla Qərbi Qazaxıstanı birləşdirən böyük dəmir yolu xətti salmaqdadır.
Qırğızıstan Respublikası da nəqliyyat infrastruktur layihələrinin icrasına başlamışdır; bunlardan biri Mərkəzi Asiya və Çini birləşdirən Bişkek-Narın-Toruqart yolunun bərpasına yönəlmişdir. Oş şəhərindən başlayan, cənub-qərbə qədər davam edən və Tacikistanla sərhəddə yerləşən İsfana şəhərində sona çatan Oş-Batken-İsfana yolunun bərpası əhəmiyyətli dərəcədə Cənubi Asiya ticarət bazarlarına çıxışı təmin edəcəkdir. Oş-Calal Abad-Kok-Yanqak və Balıkçı-Bişkek-Luqovoye (Qazaxıstan) marşrutları isə müvafiq olaraq, Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiya ilə birləşir. Onların Avrasiya dəmir yolu dəhlizinə bağlı Avropa, Mərkəzi Asiya və Çinlə birləşməsi gözlənilir.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşasına gəlincə, bu layihənin məqsədi Avrasiya transkontinental dəmir yolunun Qırğızıstan ərazisindən keçən və İran körfəzi və Aralıq dənizini birləşdirən Cənub Dəhlizini inkişaf etdirməkdir. Bu layihənin həyata keçməsi ilə Şərqi Asiyadan Yaxın Şərqə və Cənubi Avropaya gedən yolun uzunluğu 900 km-ə qədər, çatma vaxtı isə 7-8 günə qədər azalacaq.
Hal-hazırda türkdilli ölkələrdə digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr türk dünyasının xalqlarına tərəqqi və inkişaf gətirir.
Yekun olaraq qeyd etmək lazımdır ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə Türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Ramil HƏSƏN

 
  • Oxunub:  4500  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib
17 Fevral 15:20
Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər
17 Fevral 15:10
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi
17 Fevral 15:03
Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək
17 Fevral 14:54
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib
17 Fevral 14:44
“The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
17 Fevral 14:32
Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi
17 Fevral 14:31
Ekspert: Münxendə keçirilən diskussiya Ermənistan tarixində qara gün oldu
17 Fevral 14:27
Ekspert: İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin ən aşağı kateqoriyasına daxildir
17 Fevral 14:13
Siyavuş Novruzov: MSK-nın qarşısında icazəsiz etiraz aksiyası beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir
17 Fevral 14:01
Musa Qasımlı: Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü
17 Fevral 13:20
Naqif Həmzəyev: Münxen debatı Ermənistanın acizliyinin nümayişi oldu
17 Fevral 12:13
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Yaponiya mətbuatının da diqqətində olub
17 Fevral 12:11
Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə məqalə yayıb
17 Fevral 11:47
Xəzərin sahili sintetik torlardan təmizlənib
17 Fevral 11:44
Bakı Ali Neft Məktəbi Tallinn Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
17 Fevral 11:32
Seçenov Universitetinin Bakı filialında icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirmə proqramı tədris olunacaq
17 Fevral 11:29
Meksika qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
17 Fevral 11:21
Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini müxtəliflik barəsində məlumatlandırılıblar
17 Fevral 10:59
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 10:38
Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib
17 Fevral 09:45
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
17 Fevral 09:20
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
17 Fevral 09:08
Moldovada yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib
16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA