Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb

19.01.2019 [17:26]

Mingəçevirdə “Gələcəyi kodlaşdır” şüarı ilə məcburi köçkün uşaqları üçün həyata keçirilən kodlaşdırma üzrə intensiv tədris düşərgəsinə sənəd qəbulu başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Mingəçevir şəhəri ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin informasiya-kommunikasiya sahəsində biliklərinin artırılması, onların kodlaşdırma (proqramlaşdırma) bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin tədris potensialının gücləndirilməsidir.

Tədris düşərgəsində iştirak etmək üçün 358 şagird seçim prosesinə qatılıb. Onların arasından ən yaxşı nəticə göstərən 60 iştirakçı düşərgəyə qəbul olunub.

Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə yanvarın 25-dən fevralın 3-dək on gün ərzində sürətləndirilmiş tədris düşərgəsində iştirak edəcəklər. Proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, “Scratch”, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar. Layihənin davamlığını təmin etmək üçün informasiya-kommunikasiya texnologiyaları üzrə səkkiz yerli müəllim də tədris prosesinə cəlb ediləcək. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak edəcəklər.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan düşərgədə iştirak ödənişsizdir.

Layihə yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir.

Xatırladaq ki, analoji layihə ilk dəfə ötən il sentyabrın 5-14-də Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində təşkil olunmuşdu.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31