Ana səhifə »  Qəzetin pdf formatı »  Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
A+   Yenilə  A-
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi “qətnamə”, ilk növbədə, ölkəmizlə Avropa arasında əməkdaşlığın genişləndirilməsinə qarşı bir təxribatdır. Bu, həmçinin Azərbaycanın ildən-ilə beynəlxalq miqyasda artan nüfuzunun qarşısına sədd çəkmək cəhdidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, bizi istəməyən, uğurlarımızı gözü götürməyən bəzi qüvvələr Azərbaycan-Avropa əməkdaşlığının sürətlə inkişafına laqeyd qala bilməzdilər. Ona görə də anti-Azərbaycan qüvvələrin belə bir məqamda bu cür qərəzli addım atacağı gözlənilən idi. Avropa Parlamentindəki müzakirələr, ilk növbədə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da inkişafına xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. Bu müzakirələr uzun müddətdir ki, anti-Azərbaycan mövqeyi ilə tanınan dairələr tərəfindən gündəmə gətirilmişdi. Bir qayda olaraq, bu müzakirələri gündəmə gətirən deputatlar əslində ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bəziləri uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təsisatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni qurumlarının tədbirlərində fəal iştirak edən, Avropa institutlarında ermənilərin maraqlarını müdafiə edənlərdir. Bu deputatlar Azərbaycan əleyhinə istənilən müzakirələrin təşkilində, ölkəmizlə bağlı hər hansı mənfi məzmunlu qərarların qəbulunda maraqlıdırlar. Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkələrdə yayılan qeyri-obyektiv, dəqiqləşdirilməmiş məlumatlar əsasında müzakirələrin təşkilinə çalışırlar. Həmin deputatların Avropa Parlamenti üzvü olduqları müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, bu müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil.

Cavanşir Feyziyev deyib: “Əslində biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə bir milyondan çox qaçqın və köçkünümüzün ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s. hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər. Təəssüf ki, Avropa Parlamentinin bəzi üzvləri məsələlərin mahiyyətini bilmədən, bəziləri isə bilərəkdən, sosial şəbəkələrdə yayılan məlumatlara istinad etməklə bu məsələlər ətrafında müzakirələr açırlar. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan bütün dünyaya açıq ölkədir. Biz həmişə avropalı siyasətçiləri dəqiq və düzgün məlumatlanmaq üçün ölkəmizə dəvət edirik və bir qayda olaraq həmin səfərlərdən sonra onlar bu kimi kampaniyalara daha adekvat reaksiya verirlər. Amma bəzi tənqidçilərimiz gəlib vəziyyəti yerində görməkdən və qiymətləndirməkdən də imtina edirlər. Bu, o deməkdir ki, onların ölkəmizə münasibəti qərəzlidir və bizə düşmən mövqedə dayananların maraqlarına xidmət edir”.

Milli Məclisin deputatı vurğulayıb ki, anti-Azərbaycan qüvvələrin bu cür təxribatçı cəhdləri baş tutmayacaq və Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, region, eləcə də Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  18-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb

19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib
18 Aprel 20:37
Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar
18 Aprel 20:33
Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir
18 Aprel 20:30
Yol polisi: Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra zəruri tədbirlər həyata keçirilir
18 Aprel 20:26
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
18 Aprel 20:01
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həs olunacaq tədbirlərdə iştirak edəcək
18 Aprel 19:58
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18 Aprel 19:53
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
18 Aprel 19:47
Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər
18 Aprel 17:57
Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib
18 Aprel 17:56
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
18 Aprel 17:54
XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
18 Aprel 17:53
Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18 Aprel 17:50
"The Seoul Times" qəzeti Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
18 Aprel 17:30
Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir
18 Aprel 17:14
ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
18 Aprel 17:08
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18 Aprel 17:04
Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir
18 Aprel 16:47
Sergey Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
18 Aprel 16:33
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Aprel 16:28
Ermənistan parlamentində qarşıdurma baş verib
18 Aprel 16:25
Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır
18 Aprel 16:21
“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18 Aprel 13:59
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
18 Aprel 13:56
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA