Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
A+   Yenilə  A-
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

A.Əlizadə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsinə dair AMEA-nın təkliflərindən danışıb. Bildirilib ki, hazırda ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilir. Bu işlərin davamı olaraq Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb və bu sənədin icrası ilə bağlı AMEA-nın öhdəsinə düşən bir sıra vəzifələr üzrə təkliflər hazırlanıb.

Sonra alimlər AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqat işlərindən və əldə olunan mühüm nəticələrdən danışıblar.

İclasda Kimya Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məlumat verilib. Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illərdə Dövlət Proqramı” üzrə müvafiq işlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, ötən il elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işi aparılıb və 2 mövzu tamamlanıb. Bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri fundamental tədqiqatlar sahəsində 14 mühüm elmi nəticə əldə ediblər. Elmi müəssisələr tərəfindən təklif edilən 4 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bölmənin institutları 30 Azərbaycan patenti, 33 qrant alıb.

Bildirilib ki, elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 45 doktorant və 56 dissertant, elmlər doktoru hazırlığı üzrə 33 doktorant və 30 dissertant təhsil alır. Bölmənin elmi müəssisələrində 24 fəlsəfə və 6 elmlər doktoru dissertasiyası müdafiə edilib, 13 iş isə müdafiəyə hazırlanıb. Hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 15 nəfər qəbul olunub.

Məlumat verilib ki, institutların əməkdaşları tərəfindən hazırlanmış 9 monoqrafiya və 1 kitab işıq üzü görüb. Habelə 258 məqalə impakt faktorlu jurnallarda yer alıb ki, bunlardan 130-u "Clarivate Analytics" bazasına daxil edilib. 488-i xaricdə olmaqla 1147 məqalə və tezis dərc olunub.

İnstitutlarda beynəlxalq elmi əlaqələr hesabat ilində də davam etdirilib, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilib. Ölkə başçısının fərman və sərəncamları, AMEA-nın Rəyasət Heyətinin və prezidentinin qərar və sərəncamları yüksək səviyyədə icra olunub.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsi üzrə mühüm elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə tapşırıqlar verilib.

Sonra AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi təqdim olunub. Bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində elmi müəssisələrdə tədqiqatlar zamanı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü söyləyib. Vurğulayıb ki, hesabat ilində Gəncə Bölməsinin elmi müəssisələri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Elminin İnkişaf Doktrinası”, AMEA-nın ümumi yığıncağının müddəaları və dövlət proqramları əsasında elmi tədqiqat işlərini həyata keçiriblər.

Bölmənin statistik göstəriciləri haqqında məlumat verən alim bildirib ki, elmi müəssisələrdə 6 problemi əhatə edən 23 mövzuda 38 mərhələdə 27 iş üzrə tədqiqatlar aparılıb. İnstitutlarda hesabat ilində 157 kitab, monoqrafiya, məqalə və tezislər nəşr olunub.

F.Əliyev xaricdə 53 məqalə, 21 tezis, 2 kitab və monoqrafiyanın dərc olunduğunu söyləyib. O vurğulayıb ki, impakt faktorlu jurnallarda 38 məqalə işıq üzü görüb. Bölmənin elmi işçilərinin əsərlərinə olan istinadların sayı 75-dir. Hazırda bölmənin elmi müəssisələrində elmlər doktorluğu hazırlığı üzrə doktoranturada 2, fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturada 10, dissertanturada isə 3 nəfər təhsil alır. Ötən il fəlsəfə doktorluğu üzrə 4, elmlər doktorluğu üzrə 2 dissertasiya işi müdafiə olunub.

Akademik hesabat ilində bölmənin beynəlxalq elmi əlaqələrinin davam etdirildiyini bildirib. Qeyd edib ki, əməkdaşlar Türkiyənin TÜBİTAK ali elmi qurumu, İtaliyanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq Tədqiqatları Mərkəzi və digər xarici qurumlarla birgə fəaliyyət göstəriblər.

Elm və təhsilin inteqrasiyasından danışan məruzəçi deyib ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Gəncə Bölməsində baza kafedraları yaradılıb, gənc elmi kadrların hazırlanması məqsədilə elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, müştərək tədqiqatların, akademik və informasiya mübadilələrinin aparılması istiqamətində birgə işlər görülüb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı qəbul olunub.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  18-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb

19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib
18 Aprel 20:37
Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar
18 Aprel 20:33
Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir
18 Aprel 20:30
Yol polisi: Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra zəruri tədbirlər həyata keçirilir
18 Aprel 20:26
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
18 Aprel 20:01
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həs olunacaq tədbirlərdə iştirak edəcək
18 Aprel 19:58
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18 Aprel 19:53
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
18 Aprel 19:47
Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər
18 Aprel 17:57
Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib
18 Aprel 17:56
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
18 Aprel 17:54
XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
18 Aprel 17:53
Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18 Aprel 17:50
"The Seoul Times" qəzeti Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
18 Aprel 17:30
Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir
18 Aprel 17:14
ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
18 Aprel 17:08
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18 Aprel 17:04
Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir
18 Aprel 16:47
Sergey Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
18 Aprel 16:33
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Aprel 16:28
Ermənistan parlamentində qarşıdurma baş verib
18 Aprel 16:25
Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır
18 Aprel 16:21
“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18 Aprel 13:59
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
18 Aprel 13:56
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
18 Aprel 13:51
Cari ildə ölkədən 7,7 milyon tonadək neft ixrac edilib
18 Aprel 13:49
Orxan Məmmədov: Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi prioritet məsələdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA