Ana səhifə »  Qəzetin pdf formatı »  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması sahəsində mühüm islahatlar aparılıb. Həmin islahatlar bu il də davam etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müəyyən olunan bütün vəzifələrin yüksək səviyyədə icrası təmin ediləcək. Dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.

S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Həmin şəxslərdən artıq 5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib. Qeyd olunub ki, bu il özünüməşğulluğa cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradan ailələrin sayı daha da çoxalacaq. Proqramın icra mexanizminin təkmilləşdirilməsi, sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların proqramda iştirak səviyyəsinin artırılması diqqət mərkəzində olacaq.

Ötən il əmək müqavilələrinin sayının 91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezident təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, bu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

Nazir iclasda artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirərək qeyd edib ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf ondan ibarətdir ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət sistemləri fəaliyyət göstərsin.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin – dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsini nəzərdə tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək.

S.Babayev, həmçinin Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdıran “e-sosial” internet portalının, “Məşğulluq” altsisteminin yaradıldığını deyib. O bildirib ki, Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemi özündə konkret xidmət istiqamətləri üzrə 18 alt sistemi əhatə edir ki, bu da həmin sistemin geniş funksionallığını göstərir.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 milyon manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam etdiriləcəyini bildirib.

İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov hesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci illə müqayisədə 279,3 milyon manat və ya 8,3 faiz artaraq 3678,3 milyon manata, o cümlədən sosial sığorta daxilolmalarının 246,5 milyon manat və ya 11,8 faiz artaraq 2332,2 milyon manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 milyon manat və ya 11,4 faiz artımın qeydə alındığı və bu istiqamət üzrə proqnozun icrasının 106,1 faiz (86 milyon manat və ya 6,1 faiz çox) yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1 faiz çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşəyönümü məsləhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğu, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənildiyi qeyd edilib. Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsinin, Əmək Məcəlləsinə dəyişikliklər layihəsinin hazırlandığı, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlandığı qeyd olunub.

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 milyon manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.

Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

İclasda Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə fəxri adlar və medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  18-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib
18 Aprel 20:37
Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar
18 Aprel 20:33
Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir
18 Aprel 20:30
Yol polisi: Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra zəruri tədbirlər həyata keçirilir
18 Aprel 20:26
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
18 Aprel 20:01
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həs olunacaq tədbirlərdə iştirak edəcək
18 Aprel 19:58
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18 Aprel 19:53
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
18 Aprel 19:47
Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər
18 Aprel 17:57
Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib
18 Aprel 17:56
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
18 Aprel 17:54
XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
18 Aprel 17:53
Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18 Aprel 17:50
"The Seoul Times" qəzeti Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
18 Aprel 17:30
Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir
18 Aprel 17:14
ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
18 Aprel 17:08
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18 Aprel 17:04
Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir
18 Aprel 16:47
Sergey Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
18 Aprel 16:33
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Aprel 16:28
Ermənistan parlamentində qarşıdurma baş verib
18 Aprel 16:25
Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır
18 Aprel 16:21
“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA