Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir

Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir

16.01.2019 [17:44]

“Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsi ədəbiyyatımıza, mənəviyyatımıza, tariximizə bir baxışdır”. Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, ölkəmizdə hər ilin mühüm tarixi hadisələrə, şəxsiyyətlərə həsr edilməsi ənənəsi cəmiyyətimizdə yüksək qiymətləndirilir. Onun sözlərinə görə, dahi şair Nəsiminin zəngin irsi mövcuddur.

“Nəsimi humanist ideyaları təbliğ edib, şeirlərində insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamından söz açıb. Nəsimi yaradıcılığının bu xüsusiyyətləri növbəti şair nəslinin formalaşmasında mühüm rol oynayıb. O, əsas etibarilə ana dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaradıb, bununla da XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verib. Nəsiminin əsərləri Azərbaycanla yanaşı, Yaxın Şərq, Kiçik və Orta Asiyada geniş şöhrət qazanıb. 2019-cu ilin məhz Nəsimiyə həsr olunması onun yaradıcılığına verilən yüksək qiymətdir. Nəsimi ilə bağlı müxtəlif düşüncəyə sahib olan insanlar bu il həyata keçiriləcək tədbirlər, atılacaq addımlar nəticəsində onun böyüklüyünü bir daha dərk edəcək. Ölkə başçısının bu addımı bir daha Azərbaycan ədəbiyyatına, tarixinə verilən yüksək dəyərdir”-deyə, F.İbrahimli vurğulayıb.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31