Ana səhifə »  Qəzetin pdf formatı »  Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək
A+   Yenilə  A-
Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda dövlətimizin başçısı xarici siyasət məsələləri barədə ətraflı danışdı. Bununla bağlı deyərdiniz?

-Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilmiş nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir.

İclasda 2018-ci ildə xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev əsas istiqamətləri təsnif etdi:

-Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycana 16 dövlət və hökumət başçısının səfəri bunun əyani sübutudur;

-Azərbaycan qonşu dövlətlərlə əlaqələrini yüksək pilləyə qaldırıb. Ölkəmiz düşünülmüş siyasət apararaq bütün qonşularla çox gözəl münasibətlər qurub. Hər bir ölkə üçün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi çox vacib amildir. Bu, ölkə ətrafında xoşməramlı mühitin formalaşmasına, nəqliyyat, enerji layihələrinin icrasına və ticarət əlaqələrimizin inkişafına xidmət edir. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə Prezidentimizin çoxsaylı görüşləri olub, bu görüşlər nəticəyönümlü xarakter daşıyıb və praktiki məsələlər həllini tapıb.

-Azərbaycan müsəlman aləmində böyük hörmət və nüfuza malikdir, İslam həmrəyliyinin inkişafı istiqamətində ölkəmizin atdığı addımlar, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər İƏT-ə üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir;

-Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında keçən il Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər əsnasında Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması mühüm yer tutur. Bu sənəddə Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz mövqeyini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb;

-Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Ölkəmizin uzun müddət müəyyən etdiyi mövqe bu sənəddə öz əksini tapıb. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir;

-Keçən il Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olunacaq. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək;

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam və qeyd-şərtsiz çıxarılmalıdır;

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmətin ifadə olunduğu mövqe daha da gücləndirilir və beynəlxalq sənədlərdə bu, öz təsbitini tapır;

-Danışıqların davam etdirilməsi prosesi başlanıb, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə fikirlər səslənirdi ki, Azərbaycan qondarma rejimlə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə, danışıqlar prosesi bərpa edildi;

-Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu, kriminal rejimin məntiqi acı sonu idi. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Ermənistan bütün layihələrdən təcrid edilib. Azərbaycan Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edir və edəcək, o vaxta qədər ki, torpaqlarımız azad olunmayıb. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.

Müstəqil və uğurlu xarici siyasətimizin təməlində dövlətimizin başçısının müəyyən etdiyi uzaqgörən və düşünülmüş siyasət, verdiyi məntiqi əsaslı və hədəfli tapşırıq və təlimatlar, digər dövlət başçıları ilə keçirdiyi çoxsaylı və nəticəyönümlü görüşlər və səfərlər dayanır. Əminliklə deyə bilərik ki, 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz davam etdiriləcək.

-Dövlətimizin başçısı Ermənistanın həyata keçirdiyi “konyak diplomatiyası”, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan danışan bir sıra beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlığa göz yumması məsələlərinə də toxundu. Bu barədə nə deyərdiniz?

-Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, Ermənistan tərəfindən açıq şəkildə “konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir. Məsələn bir nümunəni qeyd edək. Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, “konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona “demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir.

Bu gün Avropa ölkələrində, o cümlədən Almaniya, İspaniya, Çexiya və Belçikada “erməni mafiyası” adı altında geniş mütəşəkkil cinayətkar qruplaşmalar aşkar edilib. Bu mütəşəkkil cinayətkar qruplaşmalar yalnız kriminal fəaliyyətlə deyil, eyni zamanda, siyasi lobbizmlə də məşğul olublar. Həmin kriminal qruplaşmaların bəzi üzvləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən diplomatik pasportlarla həbs olunublar. Erməni mafiyası ilə əlaqədar aparılan cinayət işində Azərbaycana qarşı kampaniya həyata keçirən, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən bir sıra siyasətçilərin adları hallanmaqdadır. Eyni zamanda, bu proseslərdə Ermənistanın bir sıra səfirlərinin də adı keçir.

Hesab edirik ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin, həmçinin bir sıra Qərb ölkələrinin parlamentlərinin etik komitələri parlament üzvlərinin və siyasətçilərin bu kimi qanunsuz və korrupsiyalaşmış fəaliyyətlərini ifşa edən araşdırmalar aparılmalıdırlar. Həmçinin bu çərçivədə anti-Azərbaycan kampaniyaların kökləri araşdırılmalıdır. Əks təqdirdə, hər hansı ədalətdən və ya demokratik dəyərlərdən danışmaq qeyri-mümkündür.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  12-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA