Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb

18.12.2018 [11:05]

Bu ilin 11 ayında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 737,1 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6,9 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4 faizi məhz bu sektorda istehsal olunub.

Yanvar-noyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 3,6 faiz artaraq 289,7 milyon manat olub. Sənaye məhsulunun 0,7 faizi həmin sektorda istehsal edilib.

Noyabr ayında əvvəlki ayla müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişməyib.

Dekabrın 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 2,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30