Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb

14.12.2018 [18:36]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə dekabrın 14-də öz işini davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxış edərək, Azərbaycan xalqının hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, müstəqil respublikamızda hazırda 2000-dən artıq məscidin, İslam dininə aid onlarla ziyarətgahın fəaliyyət göstərməsi xalqımızın əsrlərboyu yaşatdığı dini dəyərlərə göstərdiyi ehtiramın nəticəsidir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. S.Salahlı Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən də danışıb.

Sədrin birinci müavini, eyni zamanda, İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən bəhs edib. O, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb. S.Salahlı bölgələrdə dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunmasının, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin ictimaiyyətə daha geniş çatdırılmasının vacibliyinə toxunub.

Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə gənclərin getdikcə terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini qeyd edən şöbə müdiri bu qrupların təbliğat metodlarından danışıb.

DQİDK-nın əməkdaşı Tərxan Paşazadə isə “Üfüqdəki gələcək” sənədli filmi barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, film dini radikalizm və terrorizmin fəsadlarından bəhs edir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Bununla da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30