Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində keçirilən tədbirlərdə iştirak edib və konqresmenlərlə görüşüb

Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində keçirilən tədbirlərdə iştirak edib və konqresmenlərlə görüşüb

10.12.2018 [20:45]

ABŞ tərəfinin dəvəti ilə Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Senatda keçirilmiş 12-ci Kəşfiyyat-Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edib. Foruma 83 ölkədən 350-yə yaxın parlament, hökumət nümayəndəsi və ekspertlər qatılıblar.

Tədbir zamanı parlament nümayəndələri və ekspertlər terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, kibertəhlükəsizlik, kriptovalyuta, xarici sərmayə kimi mövzularda çıxışlar edib və fikir mübadiləsi aparıblar.

Tədbirin açılış sessiyasında forumun sədri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Pittenqer, Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü Kris Stuart, Bill Huizenqa, maliyyə xidmətləri komitəsinin sədri Ceb Hensarlinq çıxış edib, mövzular üzrə beynəlxalq əməkdaşlığın inkişafı üçün tədbirin əhəmiyyətli olduğunu vurğulayıblar. Forumda, həmçinin ABŞ Senatının nüfuzlu üzvlərindən olan Lindsi Qreyham, Nümayəndələr Palatasında demokratik azlığın rəhbəri və 2019-cu ildən demokratik çoxluğun rəhbəri olacaq konqresmen Steni Hoyer, Konqres üzvləri Bleyn Luetkemeyer və Frenç Hill çıxış edərək Konqresin tədbirin mövzuları üzrə fəaliyyəti barədə məlumat verib, kibertəhlükəsizlik sahəsində təhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolunun əhəmiyyətli olduğunu bildiriblər.

Forumda daha sonra xarici sərmayələrdən irəli gələn tədbirlər, kibertəhlükəsizlik, özəl sektorun terrorizm əleyhinə mübarizədə rolu, hökumətlərin terrorizmə qarşı səyləri, məxfilik və məlumat mübadiləsinin aspektləri, kriptovalyutanın təhdidləri və dəyərləndirilməsi panelləri üzrə çıxışlar edilib və sual-cavab sessiyası keçirilib. Qeyd edilən panellər çərçivəsində ABŞ maliyyə katibinin beynəlxalq bazarlar üzrə müavini Hit Tarbert, ABŞ-ın Maliyyə Tədbirləri üzrə İşçi Qrupunda nümayəndə heyətinin rəhbəri Skott Rembrandt, Moldova parlamentinin spikeri, Macarıstan parlamentinin sədr müavini, ABŞ və Avropadan olan mütəxəssislər çıxış edib və forum iştirakçılarının suallarını cavablandırıblar.

Panellər çərçivəsində tədbirin mövzuları üzrə hökumətlərin işinin səmərəli təşkili üçün zəruri qanunvericilik bazası, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində təkliflər irəli sürülüb, mövcud təcrübələr barədə məlumat verilib. Qlobal terrorizm və transmilli mütəşəkkil cinayətkarlıq ilə mübarizənin, habelə kibertəhlükəsizliyin səmərəli təşkili üçün özəl və dövlət sektoru arasında əməkdaşlığın və beynəlxalq əməkdaşlığın inkişafının əsas cəhətləri üzrə müzakirələr aparılıb.

Forum çərçivəsində Milli Məclisin komitə sədri Səməd Seyidov və Azərbaycan nümayəndə heyətinin digər üzvləri Forumun sədri, Konqresin üzvü Robert Pittenqer ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Səməd Seyidov ABŞ Konqresi ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Səməd Seyidov Forumun idarəetmə komitəsində də iştirak edib və tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Azərbaycan nümayəndə heyətinin ilk dəfə olaraq Foruma qatıldığını bildirərək ölkəmizin gələcək tədbirlərdə də iştirakının ABŞ-Azərbaycan əməkdaşlığına töhfə verəcəyini diqqətə çatdırıb. Komitənin iclası zamanı Forumun işinin təşkilinin daha da təkmilləşdirilməsi və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Səməd Seyidovun Arizonanı təmsil edən respublikaçı Konqres üzvü Pol Qosarla görüşü olub. Görüş zamanı Konqresin üzvü Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyinə verdiyi töhfə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın dini tolerantlıq nümunəsi olması, tranzit və nəqliyyat sahəsində rolu barədə məlumatlandırıb. Həmçinin Cənub Qaz Dəhlizi, xüsusilə TAP üzrə görülən işlər barədə Konqres üzvünün sualları cavablandırılıb. Milli Məclisin komitə sədri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bölgəyə səfəri çərçivəsində ölkəmizə dair səsləndirdiyi dəstək ifadələrinin, eləcə də münaqişənin həlli üzrə təkliflərinin, eləcə də Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələrin bu yaxınlarda Bakıda keçirilmiş iclasının münasibətlərin artan əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. O, həmçinin ABŞ və Azərbaycan qanunverici orqanlarının üzvlərinin qarşılıqlı səfərlərinin, Konqresdə fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb, bu istiqamətdə işlərin daha da artırılmasının əhəmiyyətinə diqqət çəkib. Pol Qosar Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu deyib və əməkdaşlığın inkişafı üçün fəaliyyətin artırılmasının zəruriliyini qeyd edib.

Nümayəndə heyəti ABŞ-a səfəri çərçivəsində, həmçinin Azərbaycan parlamentinin 100-cü ildönümü ilə əlaqədar ABŞ-dakı səfirliyimiz tərəfindən təşkil olunmuş ziyafətdə və “Əbədi ezamiyyət” sənədli filminin təqdimatında iştirak edib.

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31