Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Komsomolskaya pravda” Ermənistanda hökm sürən yoxsulluqdan yazır

“Komsomolskaya pravda” Ermənistanda hökm sürən yoxsulluqdan yazır

10.12.2018 [17:55]

Ermənistan qəfil hakimiyyət çevrilişindən sonra necə yaşayır? Bu ölkə “şaftalı inqilabı”ndan sonra xoşbəxtdirmi?

AZƏRTAC xəbər verir ki, “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksey İvanov bu suallara cavab tapmaq üçün növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanda olub.

Jurnalist elə ilk təəssüratını təyyarənin illüminatorundan görünən mənzərəni təsvir etməklə bölüşür: “Dərhal görünür ki, Ermənistanda neft yoxdur”. Təyyarədə yan oturacaqda əyləşən qadın illüminatordan qaranlıq və dumana bürünmüş Yerevana baxıb belə dedi. Həqiqətən işıqları sayrışan Moskva ilə təzad dərhal gözə çarpır. “Zvartnots” (“Gələcək mələklər məbədi”) aeroportuna xoş gəlmisiniz” elanı səslənir. Aeroporta ad verməyi bacarırlar da...”.

Jurnalist Yerevanın qaranlıq küçələri ilə şütüyən taksinin sürücüsü ilə söhbət edir. Məlum olur ki, şəhərin yalnız mərkəzi rayonunda küçələr işıqlandırılır. Müxbir yazır: “Sürücünün “İşıq istəyirsiniz? Onda Razdan ovalığına enin. Buranı “erməni Las-Veqası” adlandırırlar” sözləri mənə inandırıcı görünmədi. Hər şey çox sadədir: Ermənistanda neft yoxdur, ancaq yoxsulluq var”.

Yazıda qeyd edilir ki, dənizə çıxışı olmayan Ermənistanın tərəfdaşı olan Rusiyaya yolu Gürcüstandan, özü də tanınmamış Cənubi Osetiya və tanınmamış Abxaziyadan keçir. Ölkə ərazisinin böyük hissəsi daş-kəsəkdir.

Müəllifin erməni həmkarı Aşot Qareginyan ilə söhbətindən məlum olur ki, Nikol Paşinyan 2006-cı ildə siyasətə gələndən keçmiş prezident Robert Köçəryana qarşı mübarizə aparıb: “Etirazlar, qalmaqallar, dava-dalaş. Paşinyan həmişə belə olub”, - belə deyir erməni jurnalist.

A.İvanov yazır ki, Paşinyan hakimiyyətə gələn kimi vaxtilə kütləvi qanunsuz etirazların təşkilinə görə onu həbs etmiş Robert Koçaryana və Yerevan hərbi qarnizonunun keçmiş rəhbəri Yuri Xaçaturyana qarşı cinayət işi qaldırılıb. Köçəryanın konstitusiya immunitetinə malik olması, Xaçaturyanın isə KTMT-nin baş katibi olması heç Paşinyanın vecinə də deyil.

Erməni jurnalist Aşot Qareginyan deyir ki, əslində peşmançılıq gündən-günə artır. İnsanlar görürlər ki, problemlər necə var idi, elə də qalıb. Əvvəllər Paşinyana olan inamdan indi əsər-əlamət belə qalmayacaq.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31