Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ümummilli lider Heydər Əliyevin xatirəsi Varşavada anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Varşavada anılıb

10.12.2018 [14:53]

Azərbaycanın Polşadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri, tələbələr, ölkə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti barədə iştirakçılara məlumat verib. O bildirib ki, Ulu Öndərin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı onun demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunun təzahürüdür. Səfir Ümummilli Liderin Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində, hərbi quruculuq sahəsində misilsiz fəaliyyətindən söz açıb. O, Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da məlumat verib. Səfir ümummilli liderlə bağlı xatirələrini də bölüşüb.

Tədbir iştirakçılarına son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına yönəlmiş məqsədyönlü daxili və xarici siyasət haqqında da məlumat verilib.

Paylaş:
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30