Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib
A+   Yenilə  A-
Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 1-də keçirilən iclasda Şuranın 17 üzvü iştirak edib. İclasın gündəliyinə Şuranın sədrinin və katibinin seçilməsi, Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində görülən işlər barədə təqdimatın dinlənilməsi və bir sıra təşkilatı məsələlərin müzakirəsi daxil idi.

İclasın əvvəlində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yekdilliklə Şuranın sədri, Prezident Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin kadr siyasəti və dövlət qulluğu məsələləri sektorunun müdiri Vasif Xələfov Şuranın katibi seçiliblər.

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.

Dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət barədə məlumat verən M.Abbaszadə bildirib ki, 2018-ci ilin 11 ayı ərzində dövlət qulluğuna qəbul üzrə test imtahanında 6642 şəxs 10362 dəfə iştirak edib, onlardan 3721 nəfəri sertifikat alıb. Dövlət qulluğuna qəbulun müsahibə mərhələsi üzrə 6029 vakansiya elan edilib, bu vakansiyalar üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatların sayı 10882 olub, buna əsasən təşkil edilmiş müsahibələrdən 4611-i baş tutub (6271 müsahibə namizəd gəlmədiyinə görə baş tutmayıb). 2220 müsahibə nəticəsində namizədlər vəzifəyə uyğun hesab edilib, 1221 şəxs vəzifəyə təyin olunub.

Müsahibələrin keçirilməsi zamanı resursların rasional istifadə olunması, həm vaxt, həm maddi resursların itkisinə yol verilməməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sertifikat əldə etmiş namizədin təqvim ili ərzində müsahibələrdə iştirak sayının məhdudlaşdırılması və sertifikatın qüvvədə olma müddətinin azaldılması barədə dəyişikliyin edilməsi təklif olunub.

Dövlət Qulluqçularının Reyestri barədə danışan M.Abbaszadə vurğulayıb ki, Dövlət Qulluqçularının Reyestri mərkəzləşdirilmiş məlumat bazası və dövlət qulluğunun idarəetmə alətidir. Hazırda Dövlət Qulluqçularının reyestrində inzibati (rəhbər və icraçı) vəzifələr üzrə 14405 dövlət qulluqçusu və 2357 nəfər müddətli əmək müqaviləsi üzrə çalışanlar barədə məlumat mövcuddur. Dövlət orqanlarına göndərilmiş məktublardan sonra 2018-ci ilin 11 ayı ərzində müqaviləçilərdən 870 nəfəri test imtahanında iştirak edib, onlardan 309-u sertifikat əldə edib və cəmi 83 nəfəri (10 faizdən az) müsahibə mərhələsində uğur qazanaraq vəzifəyə təyin olunub.

Məsələyə münasibət bildirən sədr Ramiz Mehdiyev dövlət orqanlarında müqavilə əsasında çalışan şəxslər barədə İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumatlar əsasında həmin şəxslərin test imtahanlarında iştirakının təmin edilməsi məqsədilə dövlət orqanlarının rəhbərlərinə müvafiq məktubların hazırlanması barədə tapşırıq verib.

DİM-in sədri elmi dərəcəsi, dövlət təşkilatlarında rəhbər vəzifələrdə və ya dövlət qulluğunun xüsusi növündə müəyyən iş (qulluq) stajı və ya xüsusi rütbəsi olan şəxslərə test imtahanı mərhələsindən azad edilməsi və birbaşa ümumi müsahibədə iştirak etmək hüququnun verilməsi məsələsini qaldıraraq qanunvericilikdə müvafiq dəyişikliyin edilməsini təklif edib.

M.Abbaszadə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya” barədə danışaraq bildirib ki, sənəd hərtərəfli inkişaf edən ölkəmizdə dövlət qulluğu sahəsində daha genişmiqyaslı islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət qulluğu sisteminin müəyyən sahələrini təkmilləşdirmək zərurətindən yaranıb. Strategiya hazırlanarkən Azərbaycanda dövlət qulluğu sisteminin ümumi təhlili aparılıb, onun güclü və zəif tərəfləri, inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilib. Dövlət qulluğu sahəsində inkişafa nail olmaq üçün aşağıdakı hədəflər müəyyənləşdirilib: institusionallıq, tətbiq olunan prosedurların çevikliyi, göstərilən bütün xidmətlərin rəqəmsallaşması, səriştə və kompetensiya əsasında qiymətləndirmə, dövlət qulluğunda motivasiyanın və peşəkarlığın artırılması və bütün bunların nəticəsində vətəndaş məmnunluğuna nail olunması.

Şura üzvləri Şahin Əliyev, Tələt Məcidov, Zeynal Nağdəliyev, Vüsal Hüseynov, Səfa Mirzəyev və başqaları iclasda həm M.Abbaszadə tərəfindən qaldırılan məsələlərə dair, həm də dövlət qulluğunun müxtəlif sahələrinə aid təkliflərlə çıxış ediblər. Səslənən təkliflər arasında aşağıdakılar olub: dövlət qulluğunda və onun xüsusi növlərində ixtisas dərəcələrinin (rütbələrinin), müvafiq qulluq stajlarının eyniləşdirilməsi; xüsusi meyarlar üzrə dövlət orqanlarının mövcud kadr potensialının qiymətləndirilməsi və s. Müzakirələr zamanı belə bir fikir də səslənib ki, çox vaxt qəbul prosedurlarının çətinliyi səbəbindən dövlət orqanları onlara lazım olan yüksək ixtisaslı mütəxəssisləri (misal üçün, İT mütəxəssislərini) müvafiq vəzifəyə təyin edə bilmirlər. Bununla bağlı, qəbul prosedurlarında müvafiq dəyişikliyin edilməsinin zəruri olduğu bildirilib.

M.Abbaszadə məsələ ilə bağlı bildirib ki, artıq dünyanın bir çox qabaqcıl ölkələrində dövlət qulluğuna qəbulda, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modeli çox geniş tətbiq edilir. Azərbaycanda da bu modelin tətbiqi, vəzifələr üzrə yalnız formal tələbləri deyil, həmin vəzifələrin tutulması üçün zəruri bacarıqları, onların ölçülməsi və qiymətləndirilməsi alətləri kompleksinin (test, praktiki və situativ tapşırıqlar, müsahibə və s.) yaradılması, bunun sayəsində müsahibə mərhələsində insan amilinin aradan qaldırılması, habelə səriştə modelinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiqi, əməkhaqqı sisteminin qiymətləndirmə sistemi ilə əlaqələndirilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov muxtar respublikada dövlət qulluğu sahəsində görülən işlər, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.

 
  • Oxunub:  1290  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA