Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb
A+   Yenilə  A-
Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Dekabrın 5-də “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmov hazırda Azərbaycan dilinin inkişafı üçün hərtərəfli imkan yaradıldığını qeyd edib. Bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi qəbul olunması dilimizə olan diqqətin göstəricisidir. Prezident İlham Əliyev də Azərbaycan dilinə böyük önəm verir. Ana dilinin qorunmasına dair imzalanan Sərəncam buna bariz nümunədir.

N.Məhərrəmov qeyd edib ki, Milli Televiziya və Radio Şurası teleradio məkanında dövlət dilimizin qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir. Teleradiolarda ədəbi dillə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını, jarqonların və dilimizə yad sözlərin sözlərin işləndiyini deyən MTRŞ sədri son vaxtlar mövcud nöqsanların aradan qaldırılması üçün müəyyən iş aparıldığını diqqətə çatdırıb.

O deyib ki, televiziya rəhbərləri əməkdaşları işə götürərkən onların Azərbaycan dili üzrə biliklərini yoxlamalı, aparıcılar tərəfindən dil normaları qorunmalıdır. Dil probleminə reklamlarda və tibbi proqramlarda daha çox rast gəlinir. Teleradionun cəmiyyətə böyük təsiri nəzərə alınmalı, onların dili hamıya nümunə olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, ana dili xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən ən etibarlı vasitədir. Odur ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir.

“Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. Digər tərəfdən, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Azərbaycan dilinin keçdiyi inkişaf tarixindən danışan Əli Həsənov deyib ki, orta əsrlərdən başlayaraq Azərbaycan dili bizim yaşadığımız coğrafiyada və Avrasiyanın böyük bir geosiyasi məkanında yüksək hüquqi-siyasi status qazanaraq, mərkəzləşmiş Səfəvilər dövlətinin rəsmi dili olub. Sonrakı dövrdə də Azərbaycan dövlətçiliyinin ayrı-ayrı formaları çərçivəsində bu dil öz hüquqi-siyasi statusunu həmişə qoruyub saxlayıb.

Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir. Bu barədə danışan Əli Həsənov bildirib ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını ölkə başçısı Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd olunub.

“Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Sonra teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA