Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub

“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub

21.11.2018 [17:07]

Noyabrın 21-də Bakı Konqres Mərkəzində “ASAN Məktub” layihəsinin 3 yaşı ilə əlaqədar “ASAN Məktub” 3 yaş - Əlçatan Arzuları Sən Gerçəkləşdir” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir “ASAN Könülləri” Təşkilatı tərəfindən “Gilan Holdinq”in baş sponsorluğu və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutub. Əvvəlcə arzusu reallaşmış uşağın təşəkkür məktubunu əks etdirən videoçarx nümayiş olunub.

Layihənin rəhbəri Rəbiyyə Cəfərova ötən üç il ərzində həyata keçirilmiş fəaliyyətə dair təqdimatla çıxış edib.

Agentliyin sədri Ülvi Mehdiyev humanizm, mərhəmətlilik dəyərlərini təbliğ edən bu layihənin əhəmiyyətindən bəhs edib, dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr barədə məlumat verib.

Tədbirdə www.asanmektub.az saytının yeni versiyası, həmçinin “Əlçatan Arzuları Sən Gerçəkləşdir” videoçarxı nümayiş olunub. Sonra layihəyə dəstək olmuş şirkətlərə təşəkkürnamələr təqdim edilib.

Sonda qonaqlar layihənin şəkillərindən ibarət sərgi ilə tanış olublar və “ASAN Məktub” ağacından məktubları öhdəliyə götürüblər.

Paylaş:
Baxılıb: 205 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31