Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır

Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır

21.11.2018 [15:29]

Yaradılmasının 26-cı ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyası (YAP) milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib. Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 26 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə noyabrın 21-də partiyanın Qax rayon təşkilatında keçirilən yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Yığıncağı YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, avanqard siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, partiyanın ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Partiyanın sıralarının gündən-günə genişlənməsinin səbəbi ondadır ki, bu partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Diqqətə çatdırılıb ki, 71 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4614 nəfər üzvü var. Təşkilat üzvlərinin 55 faizini qadınlar, 43 faizini gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Yığıncaqda partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova, təşkilatın Gənclər Birliyinin sədr müavini Elvin Həsilov çıxış edərək, bu gün öz sıralarında 720 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvə olduğunu bildiriblər. Vurğulanıb ki, qısa müddətdə YAP Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldaraq, respublikamızın bugünkü inkişaf səviyyəsinə çatmasına böyük töhfələr verib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rayon təşkilatının fəal üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Yığıncağın sonunda iqtidar partiyasının fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30