Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək

Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək

21.11.2018 [15:02]

Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında dövlətlərimizin başçılarının səmimi dostluğu, qarşılıqlı etimadı və dialoqu mühüm rol oynayır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilir. Rəsmi səfərdən əvvəl hökumətlərarası birgə komissiyanın iclası keçirilib və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub və yekun protokol imzalanıb. Həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev Minskdə açılmış Azərbaycan Ticarət Evinə baş çəkib. Təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişafının nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, səfər zamanı iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Təbii ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatıdır. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Prezidentinin Belarusa rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30