Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək

Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək

19.11.2018 [08:04]

Azərbaycan Gimnastika Federasiyası (AGF) Milli Gimnastika Arenasında keçirilən akrobatika üzrə dünya kubokundan sonra bu mövsüm beynəlxalq yarışların təşkilini başa vuracaq. Ancaq dekabrın 2-3-də paytaxtımız Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə ev sahibliyi edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AGF-nin mətbuat katibi Bikə Abdullayeva deyib.
Onun sözlərinə görə, FIG-in ən ali orqanı sayılan Konqresdə iştirak etmək üçün Bakıya 100-dən çox ölkənin rəsmi nümayəndələri - federasiyaların prezidentləri, vitse-prezidentləri, texniki komitənin prezidentləri və üzvləri gələcəklər.
B.Abdullayeva bildirib ki, 2019-cu ildə isə AGF 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatını Bakıda təşkil edəcək: “Bunlardan əlavə, Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində də gimnastika yarışları keçiriləcək. Bu yarışların da Milli Gimnastika Arenasında təşkil edilməsi planlaşdırılır. Bu, artıq AGF-nin təsdiqlənmiş təqvim planıdır”.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30