Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb

Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb

14.11.2018 [17:23]

“2019-cu ilin dövlət büdcəsində əvvəlki illərdən fərqli olaraq kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda ölkəmizdə çoxlu sayda idxal məhsullarını əvəz edəcək məhsul istehsalı üzrə iri təsərrüfatlar və aqroparklar yaradılır. Onun sözlərinə görə, bu təsərrüfatların və xırda fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin etmək üçün hər il büdcədən kənd təsərrüfatına ayrılan vəsait artırılır. Gələn ilin büdcəsindən kənd təsərrüfatına 797 milyon manat və ya bu ilin gözlənilən icrasına nisbətən 14 faiz çox vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümumi büdcə xərclərinin 3,2 faizi deməkdir.

“Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitinin artımı havayı getmir, yüksək səmərə verərək məhsul istehsalının artımına təkan verir. Keçən il ölkəmizdə 6 milyard 580 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib və respublika üzrə ümumi daxili məhsulun 5,4 faizi həcmində əlavə dəyər yaradılıb. Bu 2017-ci ilin göstəricilərindən xeyli çoxdur. Fərəhli haldır ki, gələn ilin büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitin 420 milyon manatı və ya 53 faizi ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin stimullaşdırılmasına yönələcək və fermerlərin daha çox məhsul istehsalına əlverişli şərait yaradacaq. Son illər kənd təsərrüfatına yaralı torpaqlardan səmərəli istifadə etmək, yeni su kanalları və dəryaçaların inşa edilməsi, torpaqların münbitliyinin artırılması və eroziyasının qarşısının alınması üçün geniş miqyaslı işlər görülür. Bunun nəticəsidir ki, son iki ildə 200 min hektara yaxın əvvəllər istifadə olunmayan torpaqlar suvarılan əkin torpaqları dövriyyəsinə daxil edilib. Bu işləri davam etdirmək üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə gələn il 294 milyon manat və ya cari ilə nisbətən 50 milyon manat artıq vəsait ayrılması nəzərdə tutlur. Bu da ölkəmizdə büdcə vəsaitlərindən səmərəli istifadə olunduğunu sübut edir”-deyə, komitə sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30