Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
A+   Yenilə  A-
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini nəzərə almaqla Hesablama Palatasının Kollegiyası layihə müsbət rəy verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsinin layihəsi ilə bağlı çıxışı zamanı söyləyib.

V.Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Qanunun 7-ci və “Büdcə sistemi” haqqında Qanunun 15-ci maddəsinin tələblərinə əsasən rəylər hazırlanaraq təqdim edilib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən tərtib edilib və layihənin strukturu və ümumi göstəriciləri qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun hazırlanıb. Bununla yanaşı, Hesablama Palatasının hər il üçün müvafiq rəyində göstərilməsinə baxmayaraq, qanun layihəsini əsaslandıran və dəstəkləyici sənədlər tam şəkildə əlavə edilməyib.

“Ümumiyyətlə Hesablama Palatası Fondun büdcəsinin layihəsi ilə bağlı iki istiqamətdə tədbirləri məqsədəmüvafiq hesab edir. Dövlət büdcəsində olduğu kimi, Fondun büdcəsinin də əsas parametrlərini arqumentləşdirən məlumatlar, izahlar və gözlənilən nəticələr barədə müvafiq ətraflı sənədlərin qanun layihəsinə əlavə edilməsi dövlət maliyyəsində şəffaflığın artırılması və məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin etmiş olar”,- deyə Hesablama Palatasının sədri söyləyib.

Bildirilib ki, eyni zamanda, Fondun büdcəsinin hazırlanması ilə bağlı yanaşmanın müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi təklif olunur. Belə ki, gəlirlərin strukturunun yalnız büdcə və qeyri-büdcə bölgüsü əsasında verilməsi ilə bağlı ənənəyə də yenidən baxılmalıdır. Hesab edirik ki, gəlirlərin strukturunun büdcə, dövlət müəssisələri, publik hüquqi şəxslər, bələdiyyə və sair kimi verməklə həm ödəyicilər haqqında dolğun təssəvvür yaradarıq, həm də şəffaflığı artırmış olarıq. Bu, həm də daxilolmanın mənbələrini konkretləşdirər.

Nəzərə alınmalıdır ki, büdcə təşkilatları üzrə ödəmələrin vaxtında daxil olmamasının subyektiv səbəblərdən baş verməsi inzibatçılıq məsələlərinə diqqətin artırılması zərurətini göstərir. Obyektiv səbəblərə gəldikdə isə həmin vəsaitin ilin sonunda tam məbləğdə daxil olmayacağını indi də qeyd etmək olar. Belə ki, vakansiyaların mövcudluğu, əmək qabiliyyətinin itirilməsi və s. kimi hallar dövlət büdcəsindən maliyyələşən təşkilatlardan proqnozlaşdırılan vəsaitin 100 faiz icra edilməməsi üçün obyektiv amillərdir və bu, dövlət öhdəliyinin artırılması kimi qəbul edilməməlidir.

Nəzərdə tutulmuş islahatlara toxunan V.Gülməmədov deyib: “Belə ki, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda sığorta haqqı normativinin strukturunun, həmçinin məcburi dövlət sosial sığorta haqqını minimum əməkhaqqına nəzərən ödəyənlərin (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər) sığorta normativlərinin təkmilləşdirilməsi kimi mühüm məsələlərin bir qisminin 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı büdcə-vergi siyasətinin əsas prioriteti kimi muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətinin tənzimlənməsi işlərinə başlanılmasını çox müsbət hal kimi vurğulamaq lazımdır”.

Diqqətə çatıdırlıb ki, Fondun növbəti ildə gəlirlərinin 61,6 faizini təşkil edəcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,4 milyard manat olmaqla, cari ilin göstəricisindən 6,4 faiz çox nəzərdə tutulub. Büdcə zərfinə təqdim edilən məlumatlarda respublikada məşğul əhalinin sayı növbəti il cari ilə nisbətən 1,8 faiz, orta aylıq əmək haqqı isə 14,9 faiz artımla proqnozlaşdırılıb. Beləliklə də, əmək haqqı məbləğinə əsasən yığılan bu haqlarda nəzərdə tutulmuş artım tempinin respublika üzrə əmək haqqının proqnozlaşdırılmış artım tempindən 8,5 faiz bəndi az proqnozlaşdırlması Fondun bu istiqamətdə gəlir potensialının olduğunu göstərir. Eyni zamanda, qeyd etməliyik ki, 2019-cu ildən Fondun yığım funksiyalarının vergi orqanlarına tərəfindən həyata keçirilməsi nəzərdə tutulur ki, bu da inzibatçılığın daha gücləndirilməsi deməkdir.

Palata sədri qeyd edib ki, Fondun 2019-cu ildə xərci 3,9 milyard manat nəzərdə tutulub ki, bu da cari ilin proqnoz göstəricisindən 9,8 faiz çoxdur və həmin vəsaitin 97,6 faizi əhaliyə ödənişlərdən ibarətdir. Hesablama Palatası məlumat bazasının təhlili ilə əmək pensiyalarının və bəzi müavinətlərin ödənilməsində cari ildəki və növbəti ildə yarana biləcək riskləri müəyyən edib. Belə ki, 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun ilə müəyyən edilən dəyişikliklər pensiyaların maliyyələşdirilməsi baxımından əlavə maliyyə xərclərinin aparılmasına səbəb olub və bu xərclər 2018-ci ilin büdcəsində nəzərə alınmayıb. Bu, cari ilin ötən dövrü üzrə vəsaitlərin icra səviyyəsində də əks olunur.

Qanunvericiliklə müəyyən edilmiş indeksləşmə səviyyəsi, həmçinin cari ilin tendensiayaları növbəti il üçün əmək pensiyalarının ödənilməsi ilə bağlı əlavə vəsaitin nəzərdə tutulmasına ehtiyac olduğunu göstərir.

Eyni yanaşma məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağı müavinətlərə də şamil olunmalıdır. Belə ki, növbəti ildə bu istiqamətdə nəzərdə tutulmuş artım həmin müavinətin ödənilməsi üçün əsas olan əmək haqqının artım tempi göstəricisindən nəzərəçarpacaq dərəcədə geri qalır.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  14-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19