Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
A+   Yenilə  A-
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivlərinə dair müzakirələr aparılıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçayda keçirilən XIII Nar festivalı, eləcə də akademiyada nar bitkisinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib. AMEA rəhbəri Prezident İlham Əliyevin müvafiq fərmanlarına və sərəncamlarına əsasən Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, akademiya ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edir, müxtəlif layihələri uğurla reallaşdırır.

BMT-nin yaratdığı imkanlardan səmərəli istifadə edərək Azərbaycanda da müvafiq elm sahələrinin inkişafına nail olmağın vacibliyini qeyd edən akademik A.Əlizadə bu yöndə birgə əməkdaşlığın mühüm rolu olduğunu vurğulayıb. Bildirib ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin BMT-nin təşkil etdiyi qrant layihələrdə fəal iştirakı, həmçinin ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına təkan verəcək.

A.Əlizadə MDB ölkələrinin elmlər akademiyaları arasında ilk dəfə olaraq AMEA-da Yüksək Texnologiyalar Parkının (YTP) yaradıldığını diqqətə çatdıraraq, onun fəaliyyət istiqamətləri barədə danışıb. Qeyd edib ki, YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Alim nümayəndə heyətini YTP-də həyata keçirilən layihələr və onun infrastrukturu ilə yaxından tanış olmağa dəvət edib.

Akademik A.Əlizadə AMEA-da yaradılması nəzərdə tutulan, respublika miqyaslı Analitik Mərkəz haqqında da məlumat verib. Alimin sözlərinə görə, bu birləşmiş mərkəz bir çox elm sahələri, eləcə də dövlət qurumlarını əhatə edəcək. Hazırda Azərbaycan-BMT münasibətlərinin yeni mərhələdə olduğunu deyən AMEA rəhbəri bu nüfuzlu qurumun köməyilə Analitik Mərkəzin sürətli inkişafına nail olmağın mümkünlüyünü ifadə edib.

Sonra AMEA prezidenti Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında imzaladığı Konvensiyadan danışıb. Bildirib ki, əsas məqsəd bu dənizin imkanlarını, orada baş verən ekoloji dəyişiklikləri, antropogen təsirləri və s. öyrənmək, zəruri tədbirləri birgə həyata keçirməkdir.

Akademik A.Əlizadə ətraf mühit və biomüxtəlifliyin qorunmasının, yüksək texnologiyaların inkişafının AMEA-da prioritet istiqamətləri təşkil etdiyini nəzərə çatdırıb. O, BMT-dən olan nümayəndələrə rəhbərlik etdiyi qurumun ayrı-ayrı institut və təşkilatları ilə yaxından tanış olmağı, bundan sonra isə konkret əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və anlaşma memorandumunun imzalanmasını təklif edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurum ilə ölkəmiz arasında bir sıra layihələrin uğurla icra olunduğunu bildirib. Bu kimi innovativ layihələrin reallaşdırılmasında BMT-nin hərtərəfli dəstəyini xüsusi qeyd edib. Q.İshaqzai Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını deyib. O, Milli Əlaqələndirmə Şurasının qısa vaxt ərzində bir çox mühüm tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. BMT-nin nümayəndəsi AMEA-da dünya elminin çağırışlarına cavab verən pilot layihələrin həyata keçirilməsinin, birgə əməkdaşlıq çərçivəsində kadr və təcrübə mübadiləsinin aparılmasının, ölkə elminin təbliğinin məqsədəuyğun olduğunu vurğulayıb.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumda informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan danışıb. Qeyd edib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır.

Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov BMT ilə elmi əlaqələrin inkişafını yüksək qiymətləndirib, bu əməkdaşlığın Genetik Ehtiyatlar, Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının və bütövlükdə AMEA-nın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BMT ilə qlobal elmi layihələrin icrasının əhəmiyyətini önə çəkib. Fizioloji, kimyəvi, biomüxtəlifliyin qorunması, aqrar, qida təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlığın vacibliyindən danışıb.

Görüşdə, həmçinin ətraf mühit, davamlı inkişaf və digər məsələlərə dair müzakirələr aparılıb, elmi əlaqələrin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  14-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA