Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər

14.11.2018 [11:22]

Noyabrın 14-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşıblar.

Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

İcra başçısı qeyd edib ki, bu il noyabrın 14-dən 17-dək və 18-dən 21-dək keçirilən növbəti - 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23444 nəfərə çatır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində bu gün Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşərək tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qatılan şagirdlərin təntənəli yolasalmasında valideynlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.

Şagirdlər, müəllimlər, valideynlər bu şəraiti yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Yasamal rayon 22 saylı Musiqi Məktəbinin, İncəsənət gimnaziyasının və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri bədii kompozisiyalarla çıxış ediblər.

Sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 40 nəfərlik tur-aksiya iştirakçılarına xatirə hədiyyələri verilib və iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Gəncə şəhərinə yola salınıblar.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30