Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
13.11.2018 [17:14]
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhəyanı rayonlarda fəaliyyət göstərən media nümayəndələrinin iştirak etdiyi seminarda BQXK-nin Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik tədbirin məqsədi haqqında məlumat verib.
Sonra BQXK-nin Bərdə nümayəndəliyinin rəhbərinin köməkçisi Xudaverdi Rzayev qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyət barədə təqdimat edib. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbindən cəbhə xəttinə yaxın ərazilərdəki əhali daim təhlükə altında yaşayır. BQXK Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Füzuli, Tovuz, Qazax, Gədəbəy rayonlarının cəbhəyanı icmalarında əhalinin təhlükəsizliyi, içməli və suvarma suyu ilə təminat, iqtisadi dayanıqlığın təmin edilməsi, əhalinin sağlamlığı və psixoloji durumu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü mobil qruplarının təlim və treninqləri kimi fəaliyyətlər həyata keçirir. Təmas xəttinə yaxın evlərin qapı və pəncərələrinin yerlərinin dəyişdirilməsi və mühafizə divarlarının tikilməsinə kömək göstərilir, əhaliyə ilk yardım vərdişləri aşılanır. İqtisadi dayanıqlığı təmin etmək üçün imkansız ailələrə qrant verilir, birdəfəlik maliyyə dəstəyi göstərilir və icma layihələri reallaşdırılır. BQXK öz fəaliyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə sıx əməkdaşlıq edir.
BQXK-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova qurumun vəzifəsi, həyata keçirdiyi fəaliyyətlər, o cümlədən itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması və saxlanılmış şəxslərə dair fəaliyyətlərlə bağlı təqdimatlar edib. Bildirilib ki, neytral, müstəqil və qərəzsiz bir təşkilat olan BQXK-nin humanitar missiyası müharibə və digər zorakılıq hallarının qurbanlarının həyat və ləyaqətini qorumaq və onlara yardım göstərməkdən ibarətdir.
Seminarda diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb. KİV nümayəndələri, həmçinin BQXK-nin fəaliyyətinə dair videoçarxlar izləyiblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27