Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır

13.11.2018 [15:52]

Əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması sahəsində mövcud problemlərin həlli dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də çox əhəmiyyətlidir. Qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə 2017-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının və hökumətin sosial tərəfdaşlarının rəhbərlərinin iştirakı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. 2017-ci il oktyabrın 9-da “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq normativ hüquqi aktların və inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə komissiya yanında müvafiq işçi qruplar yaradılıb, mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə layihələr hazırlanıb.

Son dövrlər komissiyanın apardığı səmərəli fəaliyyət nəticəsində ölkə üzrə leqal fəaliyyət göstərən işçilərin və fiziki şəxs olan aktiv fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilməkdədir.

Cari il oktyabrın 31-nə olan məlumata əsasən, ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı 2017-ci ilin sonu ilə müqayisədə 75 min nəfər artaraq 1.386.145 nəfər təşkil edib. Ümumiyyətlə isə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığı 2017-ci ilin mart ayından keçən müddət ərzində əmək fəaliyyəti leqallaşdırılan işçilərin sayı 120 min nəfərdən çox olub ki, bu da bütün muzdlu işçilərin təxminən 9 faizini təşkil edir. Fəaliyyət sahələri üzrə ən çox leqallaşma halları tikintidə, pərakəndə və topdansatış və iaşə sahələrində müşahidə edilib.

Həmçinin 2018-ci il oktyabrın 1-nə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxslər - fərdi sahibkarların sayı ilin əvvəli ilə müqayisədə 23 min nəfər artaraq 351.607 nəfər təşkil edib.

2018-ci il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan sığortaolunanların sayı 3.690.120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü (3.528.466 nəfər) ilə müqayisədə 161.654 nəfər və ya 4,6 faiz çoxdur.

Qeyri-formal məşğulluğun aradan qaldırılması üçün müvafiq qurumlar birgə fəaliyyət göstərir, məsələyə kompleks yanaşılaraq yalnız inzibati tədbirlər deyil, həmçinin stimullaşdırıcı və maarifləndirici tədbirlər də həyata keçirilir. Artıq ictimaiyyətə məlumat verildiyi kimi, yaxın vaxtlarda vergilər sahəsində köklü islahatların həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına ciddi təkan verəcək.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31