Ana səhifə »  Qəzetin pdf formatı »  Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
A+   Yenilə  A-
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Noyabrın 13-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, veteranların, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin hazırladıqları, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından, ümumiyyətlə Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında verdiyi töhfələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ölkə rəhbərliyi tərəfindən onun, ümumilikdə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların xatirəsinə yüksək dəyərin verilməsinin növbəti təzahürüdür.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. O, nəinki ölkəmizdə, hətta Avropada və dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə qısa, ancaq şərəfli ömrü boyu bütün qəlbi ilə sevdiyi Azərbaycana, Vətəninə və xalqına sadiq qalıb.

Məlumat verilib ki, 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuş Mehdi Hüseynzadə 1942-ci il avqustun 9-da cəbhəyə gedib. O, döyüşlərin birində əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulub. M.Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparıb, kəşfiyyat-təxribat qrupunun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib. O, 1944-cü il noyabrın 2-də tapşırığı yerinə yetirib qayıdarkən Vitovli kəndində qarşılaşdığı düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Onun nəşi yerli əhali tərəfindən dərin ehtiramla dəfn edilib. Qəhrəmanımız haqqında azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də sanballı əsərlər yazıblar. İgid döyüşçünün qəhrəmanlığı “Uzaq sahillərdə” filmində ətraflı diqqətə çatdırılıb.

Bildirilib ki, Mehdi Hüseynzadənin qəhrəmanlığı sovet ictimaiyyətinə 1956-cı ilin mayında partizan V.Sokolovun xatirələri əsasında qələmə alınan “Partizan igidliyi” məqaləsinin “Krasnaya Zvezda” qəzetində yayımlanmasından sonra məlum olub. Həmin ilin oktyabrında partizan Q.A.Jilyayevin yazdığı “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” əsərinin əlyazmasını Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna verdikdən sonra igid qəhrəmanın partizan fəaliyyəti haqqında materialların toplanılmasına başlanılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin müraciəti ilə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində Yuqoslaviyada və İtaliyada partizan fəaliyyəti və misilsiz qəhrəmanlığına dair gizli axtarış aparılıb. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli qərarı ilə Mehdi Hüseynzadəyə “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları nəyə qadir olduqlarını əzmlə nümayiş etdiriblər. Aralarında Mehdi Hüseynzadə də olmaqla yüzdən çox həmvətənimiz “Sovet İttifaqı Qəhrəmanı” adına, on minlərlə azərbaycanlı isə orden və medallara layiq görülüb. Mehdi Hüseynzadənin, Həzi Aslanovun, İsrafil Məmmədovun və onlarla başqa azərbaycanlının adları İkinci Dünya müharibəsinin tarixinə qızıl hərflərlə yazılıb.

Vurğulanıb ki, Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir. Onun adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlər bu minnətdarlığın göstəricisidir. Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğullara daha böyük ehtiyacı var. Çünki ölkəmizin ərazisinin 20 faizi təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən işğal olunub.

“Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməyə tam qadirdir. Biz veteranlar Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”, - deyə C.Xəlilov vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiq etmiş, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli və jurnalist Ruqiyə Əliyeva, "Respublika Xatirə Kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxışlarında Mehdi Hüseynzadənin rəhbərlik etdiyi kəşfiyyat-təxribat qrupu ilə həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açıb, onun və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücaətindən danışıblar.

Çıxış edənlər Mehdi Hüseynzadənin şərəfli ömür yolunun bu gün gənclər üçün örnək olduğunu deyib, gəncləri məhz belə qəhrəmanlardan nümunə götürməyə və onların xatirəsini heç vaxt unutmamağa çağırıblar. Natiqlər Azərbaycan əsgərinin hazırda öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə üçrəngli bayrağımızın işğal altındakı bütün ərazilərimizdə dalğalandıracağına əminliklərini bildiriblər.

 
  • Oxunub:  4830  |  
  • Tarix:  13-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA