/ / Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12.11.2018 [12:48]
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak etmək üçün noyabrın 7-8-də Londonda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, konfrnasda parlamentarilər qadın liderlərin fəaliyyətinin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlü olmalarının yolları barədə müzakirələr aparıblar.
Səfər çərçivəsində deputat “The London Post” qazetinə müsahibə verib. Müsahibədə Sevinc Fətəliyeva konfransla bağlı təəssüratlarını bölüşüb, Azərbaycanda qadın hüquqların tarixi və vəziyyətindən danışaraq deyib: “Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi məsələləri müzakirə ediblər. Siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək mümkün kimi məsələləri nəzərdən keçiriblər. Həmçinin konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə ilə siyasi karyeranın qurulması mövzuları da müzakirə olunub. Konfransda, demək olar ki, dünyanın bütün qitələrindən, müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınlar iştirak edirdilər.Bütün dünyada qadınlar daim siyasətdə daha çox təmsil olunmaq və bərabər hüquqlar uğrunda mübarizə aparırlar. Biz bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd edirik. Ona görə də Azərbaycanda qadınların hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər. Lakin digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz hər zaman ailəsi olan qadınların da kişilər qədər özlərini işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha etimada və gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmağa ehtiyac var. Azərbaycanda qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var, o qorunur və gündən-günə inkişaf etdirilir. 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövrünü qabaqlayan çox mütərəqqi qərar verildi – müsəlman şərqində ilk dəfə olaraq qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazandılar. Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkənin Birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27