Ana səhifə »  Qəzetin pdf formatı »  Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçirilib
A+   Yenilə  A-
Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçirilib

Noyabrın 6-da Almaniya paytaxtındakı Şarlottenburq sarayında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Şərqdə ilk dünyəvi parlament respublikası: dəyərlər və irs” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Maykl Zibert tədbir iştirakçılarına müraciətlə təbrik nitqləri söyləyiblər.

Diplomat qeyd edib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika elan etməklə sekulyar dövlətə çevrilib. Burada din dövlətdən ayrılıb, qadınlara geniş hüquqlar verilib, milli azlıqlar yeni ölkənin tamhüquqlu vətəndaşlarına çevrilib. Azərbaycandakı alman icmasına da böyük hüquqlar verilib. Şərqdə ilk universitet, opera və balet yaradılıb.

Səfir bu konfransın təşkilini dəstəklədiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Maykl Zibert öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətini istibdadçı çar Rusiyasında gözlənilmədən yaranmış nümunəvi demokratik respublika adlandırıb. O deyib: “Bu, millətin daxilində mövcud olan potensiala dəlalət edir. Əlbəttə, qısa müddətdə bu dövlət bütün problemləri həll edə bilmədi. Əvəzində bugünkü Azərbaycan demokratik cümhuriyyətin varisidir, bu gün Azərbaycanda həyata keçirilən islahatlar prosesində məhz birinci respublikanın ənənələrinə müraciət edilir və Azərbaycan Xalq Cümhuriyyəti banilərinin arzularını həyata keçirmək imkanı yaranıb”.

Zibert xatırladıb ki, o uzaq illərdə olduğu kimi bu gün də Azərbaycanda antisemitizm və ksenofobiya yoxdur. O vaxt olduğu kimi bu gün də ölkədə tolerantlıq və etnik müxtəliflik hökm sürür. O deyib: “İpək Yolu, Bakıdan Qarsa qədər və daha sonra Avropaya gedən dəmir yolu Almaniya üçün çox vacibdir və bu məsələdə Azərbaycan böyük rol oynayır”.

Konfrans iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında sənədli film nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi, onun ənənələri, o dövrə xas olan yeniliklər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verilib, məktəblərdə təhsil Azərbaycan dilində aparılmağa, Azərbaycan dilində mətbu nəşrlər buraxılmağa başlanıb, Azərbaycan xalqının tarixində ilk universitet yaradılıb, Paris Sülh Konfransında Millətlər Liqası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıyandan sonra səfirliklər açılıb. R.Kərimov neçə onillik sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Azərbaycanın dövlət bayrağı kimi bərpa olunmasının tarixi barədə də söhbət açaraq xatırladıb ki, bu hadisə ilk dəfə Naxçıvanda, Azərbaycan xalqının ümummilli lideri, o vaxt Muxtar Respublikanın Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə baş verib.

Berlin Azad Universitetinin (Forschungsverbund SED-Staat an der Freien Universität Berlin) elmi işçisi Enriko Zivald (Enrico Seewald) öz məruzəsində tarixi öyrənməyin zəruri olmasını qeyd edib. Alim almanların məşhur bir kəlamını xatırladıb: “Öz tarixini bilməyən insan bugünkü dövrü anlaya bilməz”. Buna görə də o, əmin olduğunu bildirib ki, tarixi öyrənmək zəruridir. E.Zivald özünün tədqiqat qrupu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinə dair görülmüş işlər barədə söhbət açıb, bildirib ki, əməkdaşı olduğu universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bir sıra tədrislə bağlı tədbirlər keçirilib və bu tədbirlərin hamısı arxiv materiallarına əsaslanıb.

Alim Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair materiallar saxlanılan bir neçə alman arxivinin adını çəkib. Onlardan biri AFR XİN-in arxividir. Zivald xatırladıb ki, Azərbaycan tarixçiləri də həmin arxivdə işləyiblər. Natiq vurğulayıb: “Məsələn, akademik Yaqub Mahmudovun fikrincə, alman arxivləri həm də ona görə əhəmiyyətlidir ki, almanlar özləri həmin hadisələrin canlı şahidləri olub. Bu, həqiqətən belədir. Həmin hadisələrin şahidləri gördüklərini sənədli şəkildə dəqiq təsvir edib, sonra bu sənədləri arxivə təhvil veriblər”. XİN arxivindən başqa bu baxımdan çox əhəmiyyətli olan Nürnberq arxivində də Azərbaycan Xalq Cümhuriyyəti barədə sənədlər var.

Zivald bildirib ki, onun qrupu Azərbaycan Xalq Cümhuriyyəti barədə sənədləri skanlaşdırır və zamanın təsirinə məruz qalmamaq üçün indi həmin sənədləri elektron formada saxlayır. Tarixçi deyib: “Bu arxivlərdə saxlanılan informasiya mənbəşünaslıq baxımından çox qiymətlidir. Bizim vəzifəmiz onların öyrənilməsinə fasilə verməməkdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, fəlsəfə doktoru Nərgiz Axundova Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyası, bu yolda qarşıya çıxan çətinliklər, xüsusən Fransaya viza alınmasında süni əngəllər barədə danışıb. Alim həm Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin, həm də onun parlamentinin çoxmillətli tərkibi barədə məlumat verib. N.Axundova öz çıxışında vurğulayıb ki, birinci cümhuriyyətin rəhbərliyi Azərbaycanın alman icmasına, həmçinin Azərbaycanda yaşayan almanlara xüsusi diqqət yetirirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Lamiyə Qafarzadə öz məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, təhsil sahəsində qazandığı uğurlar, habelə ölkədə insan haqlarının bərabərləşdirilməsi məsələlərini diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin milli tərkibini, onun həqiqətən demokratik xarakter daşımasını xatırladıb. O qeyd edib ki, yeni yaradılmış Bakı Universitetinin ilk rektoru professor Razumovski olub, univeristetin 44 professorundan yalnız 4 azərbaycanlı idi. alim 1919-cu il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümü günündə Parisdə Azərbaycan nümayəndə heyəti ilə görüşmüş ABŞ Prezidenti Vudrol Vilsonun məşhur kəlamını xatırladıb: “Bir dəfə bizə Azərbaycandan bir qrup çox maraqlı və ləyaqətli centlmen gəlmişdi. Biz azadlıq konsepsiyası, hüquqlar və ədalət konsepsiyası barədə danışanda mən dərhal başa düşdüm ki, biz eyni dildə danışırıq”.

Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Azərbaycan-alman münasibətləri kontekstində “xalqlar dostluğu” terminini necə anlamasını barədə fikirlərini bölüşüb. Tarixçi çıxışının əvvəlində deyib: “Mən belə başa düşürəm ki, həqiqi xalqlar dostluğu ilə Stalinin xalqlar dostluğu şüarı altında heç bir ortaq cəhət yoxdur. Dostluq, ilk növbədə, iki xalq arasında anlaşma deməkdir”. Professor Aux almanların azərbaycanlıları necə anlamasını Azərbaycan ədəbiyyatına almanların sevgisi nümunəsində, o cümlədən Nizaminin, Füzulinin, Nəsiminin poeziyasına ehtiramla yanaşması nümunəsində nümayiş etdirdi. O, Azərbaycanda yaşamış almanların xatirələrinin toplandığı kitabı barədə danışdı.

Potsdam Universitetinin dosenti Matiyas Dofnfeld (Matthias Dornfeldt) öz məruzəsində Azərbaycanın minilliklərlə hesablanan tarixə malik olduğunu qeyd etdi. O əmindir ki, bu tarix bütün dövrlərdə Azərbaycanda məskunlaşmış xalqların tolerantlığı, burada antisemitizm və başqa mədəniyyətlərə münasibətdə dözümsüzlük olmaması ilə fərqlənib. Məruzəçi qeyd edib ki, əsası görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasəti sayəsində bu gün ölkədə müxtəlif xalqların, müxtəlif dinlərin və məzhəblərin nümayəndələri dinc yanaşı yaşayır. Bu gün Azərbaycanda 47 min yəhudi yaşayır və Azərbaycan onların öz evidir. Azərbaycanda yəhudilər üçün sinaqoqlar və məktəblər var, hətta İsrailə mühacirət etmiş yəhudilər də Azərbaycanla əlaqəni kəsmir, onu yenə özlərinin vətəni hesab edirlər. Ləzgilər, talışlar, tatlar, qrızlar, saxurlar, gürcülər, avarlar, udinlər – onların hamısı Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvləridir. Məruzəçi heyranlığını gizlətmədən deyib: “Hələ molokan mədəniyyətinin nümunəvi adacığı olan İvanovka kəndini görəsiniz! Bu kəndin sakinləri bu gün özlərini etnik rusların çoxunun Rusiyanın özündə olduğundan daha yaxşı hiss edir”.

Dosent Azərbaycan paytaxtında keçirilmiş sivilizasiyalararası dialoqa dair silsilə tədbirlər, ölkə rəhbərliyinin bu mövzuya diqqətini göstərən beynəlxalq humanitar forumlar barədə danışıb.

Turistlər üçün memarlığa aid soraq kitabının müəllifi Hayke Mariya Yohenninq (Heike Maria Johenning) öz əsərini auditoriyada təqdim edib. Bu kitaba İçərişəhərin, Bakının mərkəzinin və tarixi abidələrin təsvirləri daxil edilib. Müəllif etiraf edib ki, Şirvanşahlar sarayının girişində daş üzərində oyma ustalarının işləri onu heyran edib. Yohenninq Bakıda işləmiş və bu şəhəri dünyanın ən gözəl guşələrindən birinə çevirmiş memarlar barədə danışıb. Sənətşünas alim çıxışı boyunca Azərbaycan paytaxtında olarkən şəxsən özünün çəkdiyi fotoşəkilləri nümayiş etdirib. çıxışının sonunda deyib: “100 il bundan əvvəl olduğu kimi bu gündə Bakı kosmopilt gözəl meqapolisdir”. Onun bu sözləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Səhnə ilə zal arasında canlı dialoq xarakteri daşıyan konfransda panel iştirakçıları qonaqların suallarını cavablandırıblar.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  07-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA