Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ADU-nun Konfutsi İnstitutu Beynəlxalq çay festivalında təmsil olunub

ADU-nun Konfutsi İnstitutu Beynəlxalq çay festivalında təmsil olunub

22.10.2018 [11:30]

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ikinci Beynəlxalq çay festivalında iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə keçirilmiş festivalda qonaqlar Çin çay dəmləmə mərasimində iştirak ediblər və onlara məşhur yaşıl Çin çayı təqdim olunub. Daha sonra Çin çay dəmləmə qaydaları haqqında film göstərilib.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Tədbirdə Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və bambuklu fleyta ifasında qədim Çin musiqisindən ibarət konsert proqramı ilə çıxış edib, eləcə də Çin mətbəxi nümunələri ilə kulinariya tədbirlərində yaxından iştirak ediblər.

Xatırladaq ki, Konfutsi İnstitutunun əməkdaşları Azərbaycanda keçirilən Beynəlxalq Qəbələ mürəbbə festivalı və Xaçmaz dolma festivalının mükafatçıları olublar.

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30