Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub

Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub

20.10.2018 [12:28]

Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətləri təkcə ölkələrimiz üçün deyil, beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələrin həyata keçirilməsinə imkan verir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu cür nəhəng layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması sayəsində reallaşıb. Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılması Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir göstəricisidir. Milli Məclisi deputatı bildirib ki, əlbəttə bu cür nəhəng bir layihənin həyata keçməsi şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub. Deputat vurğulayıb ki, yeni neft emalı zavodunun işə salınması, eyni zamanda, hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir. Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, davamlı gəlir gətirəcək. Bir sözlə, “Star” ölkələrimizin iqtisadiyyatına xidmət edəcək böyük bir layihədir.

Bu gün Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bir nümunə olduğunu deyən Aydın Hüseynov vurğulayıb ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31