Ana səhifə »  Qəzetin pdf formatı »  “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
A+   Yenilə  A-
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib

Qurucusu ulu öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidməti (DSX) ötən dövrdə sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali dövlət qayğısı dayanır.

Prezident İlham Əliyevin 2007-ci il 12 iyul tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması və 2010-cu il avqustun 10-da onun yeni binalar kompleksinin xidməti istifadəyə verilməsi, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması ilə DSX-də kadrların hazırlanması üzrə mükəmməl tədris sistemi formalaşdırılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçi kursantların, o cümlədən Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin və Ulu Öndərin banisi olduğu milli dövlətçiliyimizin təşəkkül tarixinin öyrənilməsi təşkil edir. Dövlət Sərhəd Xidmətinin “Heydər Əliyev elmi araşdırmalar mərkəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissələrdə, xüsusilə də DSX Akademiyasında və Xüsusi Məktəbində Ulu Öndərin həyat salnaməsinin, təhlükəsizlik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan Sərhəd Mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edilməsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsinə ciddi önəm verilir.

Oktyabrın 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi qalib adını qazanıb.

Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib.

General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə səmimi təbrik edərək Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında dahi öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi olaraq vurğulayıb. DSX rəisi Azərbaycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Prezident İlham Əliyevin ölkəmizi regionun lider dövlətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çevirməsini, Azərbaycan xalqının gələcəyinə ünvanlanmış milli dövlətçilik strategiyasını uğurla gerçəkləşdirməsini, dövlət quruculuğunun və ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini bildirib.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017-ci və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirib.

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıblar.

 
  • Oxunub:  2430  |  
  • Tarix:  19-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA