Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib

Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib

19.10.2018 [10:56]

TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 79 faizi icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib.
O bildirib ki, layihə qrafikə uyğun davam etdirilir.
Qeyd edək ki, TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil ediləcək qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30