/ / Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
19.10.2018 [09:24]
Dünyanın əlliyə yaxın ölkəsində olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində yapon musiqiçi Yosuke İrie deyib.
Azərbaycana hər zaman böyük maraq göstərdiyini bildirən Y.İrie deyib: “Azərbaycana böyük marağım olduğuna görə mütləq orada şakuhaçi çalıb, azərbaycanlılarla ünsiyyətdə olmaq, zəngin ölkənizin mədəniyyəti ilə yaxından tanış olmaq istədim. Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə layihə çərçivəsində Bakıda konsert verməyi qərara aldım.
Əvvəllər ölkəniz haqqında çox eşitmişdim, Azərbaycan mədəniyyətinə olan marağım isə 5 il öncəyə gedib çıxır. Azərbaycanın xüsusilə diqqətimi cəlb edən cəhətlərindən biri də onun coğrafi mövqeyidir. Həm Asiya, həm də Avropa ölkələrinə yaxındır. Bu mənada çox zəngin mədəniyyətə sahib olması ilə diqqətimi çəkirdi”.
Yapon milli musiqi aləti olan şakuhaçi ilə təxminən 20 ildir ki, dostluq etdiyini qeyd edən Y.İrie onu ifa etməyi babasından öyrəndiyini deyib. Sonradan konservatoriyada şakuhaçi ifaçılığını təkmiləşdiridiyini, bu alət üzrə təhsilini aldığını bildirib.
Bakıdakı konsert, azərbaycanlı tamaşaçıların reaksiyası barədə sualı cavablandıran yapon musiqiçi qeyd edib ki, Azərbaycan tamaşaçıları bu yapon milli musiqi alətini çox böyük maraqla qarşılayıblar. “Yaponiyada verdiyim konsertlərdən fərqli olaraq, Azərbaycanda daha çılğın tamaşaçılarla qarşılaşdım. Əksər yaponlardan fərqli olaraq, azərbaycanlı tamaşaçılar öz hisslərini büruzə verməkdən çəkinmir, hər nömrəni, hər ifanı sürəkli alqışlarla qarşılayırdılar. Bu isə bizi ruhlandırır və daha böyük şövqlə ifa etməyə həvəsləndirirdi”, deyə o əlavə edib.
Konsert zamanı Azərbaycan milli musiqi aləti olan kamança ilə birlikdə ifa barədə sualı cavablandıran Y.İrie deyib ki, Anar Yusiflə duet gözlənilmədən, ekspromtla alınsa da, gözəlliyi ilə diqqəti cəlb edib. Kamança ilə ilk dəfə tanış olmasına baxmayaraq, birlikdə ifanın çox mükəmməl alındığını deyən musiqiçi vurğulayıb: “Kamança həqiqətən də çox fərqli bir musiqi alətidir. Düşünürəm ki, bu, nə Asiyada, nə də Avropada bənzəri olan özünəməxsus bir. Anar ilə ifamız isə tamamilə ekspromt idi, amma buna baxmayaraq, çox gözəl alındı və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı”.
Əvvəllər Azərbaycan musiqisinə yalnız internet vasitəsilə qulaq asdığını bildirən yapon musiqiçi muğamın onda böyük təəssürat doğurduğunu vurğulayıb. Xüsusən tarda səslənən musiqi nömrələrini böyük maraqla dinlədiyini bildirib. Qeyd edib ki, gələcəkdə Azərbaycan milli musiqi alətləri ilə birlikdə xüsusi musiqi nömrələri hazırlamaq barədə ideyanın böyük maraqla qarşılanacağına inanır.
Azərbaycan, Bakı şəhəri barədə təəssüratlarını bölüşən Y.İrie bildirib ki, səfər çox qısa, cəmi 3 gün çəkdiyinə görə ölkəmizlə yaxından tanış ola bilməyib. Yalnız konsertdən sonra Bakı ilə tanış olmaq imkanı qazanıb. Həmin gün Heydər Əliyev Mərkəzi, İçərişəhərə və Xalça muzeyinə gedib, öz tarixiliyi, arxitekturası və gözəlliyi ilə bu obyektlər onda böyük təəssürat doğurub.
Vurğulayıb ki, indiyə qədər 50-yə yaxın ölkədə olub, lakin Bakı kimi özünəməxsus, gözəl bir şəhər görməyib. “İçərişəhərin qədimliyi ilə “Alov qüllələri”nin müasirliyinin vəhdəti olduqca gözəldir. Gələcək səfərlərimdə mütləq Bakıdan başqa yerləri də gəzib görmək istərdim”, - deyə o vurğulayıb.
Azərbaycanla bağlı gələcək planları barədə sualı cavablandıran yapon ifaçı bildirib ki, ölkəmiz hazırda sürətlə inkişaf edir və günü-gündən dəyişir. Buna görə də o, gələcəkdə Azərbaycana yenindən səfər edərək, ölkəmizdəki dəyişikləri, insanların həyatını daha yaxından öyrənmək istəyir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27