Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tərtər və ətraf rayonlardan Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçiliblər

Tərtər və ətraf rayonlardan Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçiliblər

18.10.2018 [12:56]

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtərdəki Mədəniyyət evində zona toplantısı keçirilib. Toplantıya Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonların gəncləri qatılıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahat Mərkəzinin həkimi Lətafət Dadaşova, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi üzrə baş məsləhətçi İlqar Pənahov, habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi meydanda hərbçilərin nümunəvi çıxışlarına baxıb, gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Zona toplantısı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müstəqim Məmmədov və İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, gənclərimizin qazandıqları uğurlardan, Foruma hazırlıq işlərindən danışıblar.

Açılış çıxışlarından sonra zona toplantısının işində aidiyyəti dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr başlayıb. Lətafət Dadaşova “Gənc nəslin sağlamlığının qorunması, qeyri-infeksion xəstəliklərə yoluxmanın qarşısının alınması və səhiyyədə ən son texnologiyalar” mövzusunda məruzə ilə çıxış edib. Seymur Hüseynov isə Gənclər Fondunun fəaliyyəti, qrantlar, müsabiqələr və yeniliklər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Ekspertlərin çıxışlarından sonra gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Tədbirdə Tərtər və ətraf rayonlardan Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçiliblər.

Toplantı istedadlı gənclərin ifasında konsert proqramı ilə başa çatıb.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30