Ana səhifə »  Qəzetin pdf formatı »  Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
A+   Yenilə  A-
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib

QHT-lərin əsas fəaliyyəti dövlətin həyata keçirmək istədiyi, amma müəyyən mənada ictimai dəstəyə ehtiyac duyduğu bəzi mənəvi məsələlərin həllinə kömək göstərməkdir. Hər il həm Şuraya ayrılan maliyyə vəsaitləri artırılır, həm də təsisatın funksionallığının gücləndirilməsi üçün müvafiq addımlar atılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə Şəmkir şəhərində keçirilən tədbirdə səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şuranın rəsmiləri, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illərdə rayonda bir sıra ictimai birliklərin təsis edilməsini şəmkirlilərin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işinə töhfəsi kimi dəyərləndirib. Bildirilib ki, Şəmkirdə bir sıra ictimai əhəmiyyətli mənəvi məsələlərin həllinə kömək olmaq və mental dəyərlərin qorunması məqsədilə Ağsaqqallar Şurası təsis edilib. Sonradan Ağsaqqallar Şurasının fəaliyyəti genişləndirilərək rayon üzrə hər bir kənddə belə şuralar yaradılıb. Həmçinin gənclərin vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyətlərini artırmaq məqsədilə rayonda “Gənc müəllimlər”, “Gənc həkimlər”, “Gənc tərbiyəçilər” ictimai birlikləri təsis edilib. Həmin ictimai birliklərin fəaliyyətini koordinasiya etmək məqsədilə “Böyük yol” Gənclər İctimai Birliyi yaradılıb. Hazırda Şəmkirdə dövlət və beynəlxalq əhəmiyyətli bütün mühüm tədbirlərdə bu ictimai birliklərin yaxından iştirak etdiklərini və təşəbbüslər irəli sürdüyünü deyən Alimpaşa Məmmədov bildirib ki, rayonda gənclərin bu cür fəaliyyəti bundan sonra da dəstəklənəcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü, həmçinin cəmiyyətin inkişafında QHT-lərin rolu barədə məruzəsi dinlənilib.

Bildirilib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxşaxəli inkişaf konsepsiyasının tərkib hissəsi olaraq dövlətimizin siyasi iradəsini və inkişafını dünyaya nümayiş etdirən təsisatlardan biridir.

Azərbaycandakı QHT-lərin 2007-ci ilə qədər tam olaraq xarici donorlardan asılı vəziyyətdə olduğunu deyən Fərasət Qurbanov qeyd edib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə ölkəmizdəki QHT-lərin bu asılılığı tamamilə aradan qaldırılıb və onların potensialı ümummilli və dövlət maraqlarına yönləndirilib. Həmçinin xarici donorlardan fərqli olaraq milli maraqlara xidmət göstərən, dövlətçilik ənənələrini qoruyan və təbliğ edən, eləcə də imtiyazlı ailələrlə, şəhid ailələri və müharibə veteranları ilə çalışan QHT-lərin layihələri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib.

Eyni zamanda, son 10 ildə QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində geniş iş aparılıb. Şuranın təşəbbüsü ilə 5 qanun layihəsi hazırlanıb. “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri qəbul olunub və hazırda da uğurla icra edilir. “İctimai iştirakçılıq haqqında” qanununda irəli gələrək bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılıb.

Fərasət Qurbanov Şəmkir Rayon İcra Hakimiyyətində İctimai Şuranın yaradılmasını bu rayonda QHT-lərin və gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğı kimi dəyərləndirib. Bildirilib ki, rayon icra hakimiyyətinin dəstəyi ilə Şəmkirdə qısa müddətdə bir neçə QHT təsis edilib. Həmçinin gənclərin bu istiqamətdəki işi ictimaiyyətdə geniş təbliğ və təşviq olunur.

Rayondakı bəzi məsələlərin həllində ictimaiyyətin köməyindən istifadə olunması, Şəmkirdə Ağsaqqallar Şurası ictimai institutunun formalaşdırılması, onun fəaliyyətinin ictimai rəy kimi irəli çəkilməsi, habelə bir çox mental dəyərlərin qorunmasında bu təsisatın inkişaf etdirilməsi mühüm hadisə kimi qiymətləndirilib.

Katibliyinin icraçı direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 il ərzində beynəlxalq aləmdə gördüyü işlərdən də danışıb.

Vurğulanıb ki, Şuranın yaradılması ilə bir sıra məsələlərin, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyanın hər bir tərəfinə çatdırılması üçün QHT-lər hərtərəfli fəaliyyət göstəriblər.

Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətə ictimai dəstək olaraq respublikamızda fəaliyyət göstərən QHT-lər dünyanın əksər ölkələrində Qarabağ problemi, Xocalı soyqırımı, bir sözlə, ümummilli məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün maarifləndirici tədbirlər təşkil ediblər. Bununla yanaşı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə dövlətimiz 500-dən çox QHT-nin məhz milli maraqlara xidmət edən layihələrinə dəstək olub.

Sonda QHT-lərə, həmçinin ictimai sektora göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  17-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

19 Mart 09:35
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
19 Mart 09:32
Hikmət Babaoğlu: Prezidentin əfv Sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
19 Mart 09:30
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
19 Mart 09:29
AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli “China Daily” qəzetinin layihəsində iştirak edib
19 Mart 09:25
Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib
19 Mart 09:23
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
19 Mart 09:21
Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün növbəti təlimi başa çatıb
19 Mart 09:18
Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
19 Mart 09:17
“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
19 Mart 09:15
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
19 Mart 09:13
Regionlarda yazlıq bitkilərin əkini uğurla davam edir
18 Mart 21:25
KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 21:22
Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib
18 Mart 21:20
Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd olunur
18 Mart 21:16
Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
18 Mart 21:13
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Mart 21:08
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18 Mart 21:06
Bakı Mühəndislik Universitetinin tələbə və məzunlarına əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib
18 Mart 21:02
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
18 Mart 20:59
Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
18 Mart 20:55
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18 Mart 20:52
“LUKoil” şirkəti Azərbaycanda yeni sahələrə investisiya yatırmağı müzakirə edir
18 Mart 20:51
Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil olunur
18 Mart 20:49
Filologiya problemləri üzrə elmi şuranın iclasında 24 dissertasiya mövzusu təsdiqlənib
18 Mart 20:48
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə ərzində 960 fermerə təlim keçirilib
18 Mart 20:39
Azərbaycan İlahiyyat İnstitutu Novruzu qeyd edib
18 Mart 20:37
Xorvatiyada Azərbaycan məhsulları sərgilənib
18 Mart 20:34
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
18 Mart 20:33
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması başa çatıb
18 Mart 20:29
Sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18 Mart 20:28
Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir
18 Mart 20:25
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
18 Mart 20:24
Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə baytar həkimlərinin yetişdirilməsi üzrə əməkdaşlığa başlayıb
18 Mart 20:22
Tur-aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
18 Mart 20:17
Novruz bayramı münasibətilə Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə bayram mərasimləri, konsertlər keçirilib
18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar
18 Mart 14:17
Əlillərin avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb
18 Mart 12:49
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6