Ana səhifə »  Qəzetin pdf formatı »  26 il: Qələbələr salnaməsi
A+   Yenilə  A-
26 il: Qələbələr salnaməsi

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “91-lər”in 1992-ci ilin oktyabr ayında ulu öndər Heydər Əliyevə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin çağırışları sırasında bu məqsəd öndə dayanırdı - Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.
Ölkəmizin 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etməsindən bizləri ayıran 27 il tariximizə bir-birindən əhəmiyyətli uğurlar yazıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin bayrağını, himnini və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May Gününün dövlət bayramı səviyyəsində Respublika günü kimi qeyd edilməsi Azərbaycanın 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də səbəbsiz deyil. Bu, bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə böyük töhfədir. Sənəddə də qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
“Azərbaycan Xalq Cümhuriyyəti İli” tarixi paralellər fonunda hər bir mühüm hadisənin mahiyyətini daha dərindən dərk etməyi və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur. Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabilyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu.
Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb: “Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür... Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir.” Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Müraciətdə bu inam ifadə olunurdu ki, yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar: “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük.”
Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabında partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”
Məlum səbəblərdən təsis konfransını Naxçıvanda, müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 700 mindən çox üzv birləşir. Partiyanın keçirilən qurultaylarında, tədbirlərində daim onun yaranma səbəblərinə diqqət yönəldilir və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını belə əsaslandırırdı: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı.” Dahi şəxsiyyət bu məqamı da qeyd edirdi ki, bəziləri deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti parçalanırdı, vətəndaş müharibəsi başlamışdı.
Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığı aydın görünür. Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün böyük fəxr hissi ilə müstəqilliyimizin ildönümlərini ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşmiş, iqtisadi-siyasi, sosial böhrandan çıxmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin edilmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd edirik. Ümummilli Lider bildirirdi: “...Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.”
Qeyd etdiyimiz kimi, 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 26 ildə keçdiyi yol, əldə etdiyi uğurlar bir-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Seçki ili kimi də tarixə yazılan 2018-ci ilin fevralında keçirilən partiyanın VI qurultayında “Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev bildirmişdir ki, partiyamızın yaradılması dönüş nöqtəsi idi: “Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı.”
Dünyada analoqu olmayan hadisədir ki, partiya yarandığı qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilsin, iqtidar partiyası kimi fəaliyyətə başlasın. İlk olaraq bu uğura Yeni Azərbaycan Partiyası imza atıb. Belə ki, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilən YAP Azərbaycanın davamlı inkişafına layiqli töhfələr vermək istiqamətində səylərini artırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı təkcə ölkənin deyil, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması növbəti mərhələdə davamlı uğurlara yol açdı. Həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. “Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərarı önə çəkərək bildirir: “Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.”
Ölkəmizdə demokratik cəmiyyətin əsas atributları olan insan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi və s. kimi mühüm amillərin bərqərar olması istiqamətində davamlı addımlar atıldı və bu günümüzün əsas reallıqlarından biri də budur ki, Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunədir. Demokratikləşmə prosesinin sürətləndirilməsi öz növbəsində iqtisadi tərəqqini və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini şərtləndirdi.
27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın keçdiyi 26 illik şərəfli yol ən əsası xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir.
2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər 2013, 2013-2018-ci illərdə verdiyi vədlərin reallıqda öz əksini tapması 2018-ci il 11 aprel prezident seçkilərində qələbəsini təmin etdi.
Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyadakı əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 11 aprel prezident seçkilərində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açdı. Həmin əlavə və dəyişikliklərin bir hissəsini əhatə edən idarəetmə sistemində təkmilləşməyə yönələn addımlardan biri də vitse-prezidentlik institutunun yaradılması idi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat mərasimində bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır.
Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.” Azərbaycanın Birinci vitse-prezidenti bu əminliyi də ifadə etmişdir ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.” Azərbaycanın Birinci vitse-prezidenti kimi də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. Onun bir ildən artıq fəaliyyəti dövründə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi göz önündədir.
Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni əlavə edən 11 aprel prezident seçkilərindən sonra dövlətimizin başçısı cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
Belə bir ümumiləşdirmə aparsaq, 1993-2003-cü illəri ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edən dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bu fikri də əsaslı şəkildə diqqətə çatdırdı ki, 2003-cü ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam etmişdir: “2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.”
Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir. Prezident kimi fəaliyyətə başladığı gündən cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas məqsəd kimi qarşıya qoydu. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Artıq üçüncü proqramın icrası başa çatmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını təmin etdi.
Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər də Azərbaycanın inkişaf modelinin özəlliyini, öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirdi.
İqtisadi tərəqqi ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın bu gününə və gələcəyinə, ədalətli mövqeyinə inamdan irəli gələn mühüm hadisə idi. Ölkəmiz siyasətində müstəqil olduğunu atdığı hər addımında nümayiş etdirir. Düzgün seçilən yol Azərbaycanın dostlarının sayını artırır, beynəlxalq nüfuzunu möhkəmləndirir. 11 aprel prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq qələbəsini təmin edən cənab İlham Əliyevə ünvanlanan təbrik məktublarında da Azərbaycanın son 15 ildə qazandığı uğurları fonunda qarşıdakı illərə inam hissi xüsusi önə çəkilmişdir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə iqtisadi qüdrətini günbəgün artırır, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Son 15 ildə Azərbaycanın təkcə enerji sektorunda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. BTC və BTƏ neft-qaz kəmərlərinin, BTQ dəmir yolunun istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və s. kimi biri-birindən mühüm hadisələr Azərbaycanın qarşıdakı illər üçün iqtisadi imkanlarının aydın mənzərəsini yaradır.
Hər zaman qeyd etdiyimiz kimi, uğurlu başlanğıc uğurların davamlılığı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. 27 il bundan öncə Azərbaycan xalqı ictimai-siyasi sabitliyin təmin olunmasını, ölkənin inkişafını arzulayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq əsas hədəfimizdir.
Ölkədə keçirilən hər bir seçki prosesindən Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması onu göstərir ki, xalqın bu partiyanın siyasətinə dəstəyi, inamı böyükdür. Bu inam partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsində də özünü təsdiqləyir. Bu gün tutduğu yola sadiqliyini atdığı addımları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası imicini daha da möhkəmləndirir, yeni hədəflərə çatmaq üçün səylərini artırır. 2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu önə çəkərək bildirmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”
Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin daha da qüdrətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 26 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Azərbaycanın müstəqillik tarixinin uğurlarının bələdçisi, eyni zamanda, yol yoldaşı olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Tutduğu yola sadiqlik uğurların əsasıdır. Yeni Azərbaycan Partiyası hər dövrün tələbinə uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir, Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirməsinə davamlı töhfələrini verir. Partiyanın beynəlxalq əməkdaşlığa verdiyi önəm də bu istəyindən qaynaqlanır. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycanın bugünkü reallıqları, eyni zamanda, onların fonunda müəyyənləşdirilən və gerçəkləşəcəyinə böyük inam ifadə olunan hədəflər Heydər Əliyev siyasətinin təntənəsidir. Son on beş ildə Heydər Əliyev siyasətinə sadiqliyini uğurlu addımları ilə təsdiqləyən cənab İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiqləməklə, həmçinin davamlı inkişafa yol açan Strateji yol xəritələrinin hazırlanması və icrası ilə bağlı Sərəncamı imzalamaqla bir daha modernləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini nümayiş etdirir.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın diplomatik uğurları, hərbi qüdrəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Bizim hər bir qələbəmiz işğalçı Ermənistanın faciəsidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin daim bəyan etdiyi kimi, Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Qısa təhlil 1992-ci ilin oktyabr ayının bu gününün müasir dövrümüz üçün önəmini bir daha açıqlayır və bu inamı ifadə etməyimizə əsas verir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, Onun yaradıcısı olduğu və hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük qələbələr gözləyir.

Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist,
“91-lər”dən biri

 
  • Oxunub:  3240  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

19 Mart 09:32
Hikmət Babaoğlu: Prezidentin əfv Sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
19 Mart 09:30
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
19 Mart 09:29
AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli “China Daily” qəzetinin layihəsində iştirak edib
19 Mart 09:25
Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib
19 Mart 09:23
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
19 Mart 09:21
Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün növbəti təlimi başa çatıb
19 Mart 09:18
Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
19 Mart 09:17
“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
19 Mart 09:15
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
19 Mart 09:13
Regionlarda yazlıq bitkilərin əkini uğurla davam edir
18 Mart 21:25
KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 21:22
Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib
18 Mart 21:20
Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd olunur
18 Mart 21:16
Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
18 Mart 21:13
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Mart 21:08
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18 Mart 21:06
Bakı Mühəndislik Universitetinin tələbə və məzunlarına əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib
18 Mart 21:02
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
18 Mart 20:59
Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
18 Mart 20:55
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18 Mart 20:52
“LUKoil” şirkəti Azərbaycanda yeni sahələrə investisiya yatırmağı müzakirə edir
18 Mart 20:51
Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil olunur
18 Mart 20:49
Filologiya problemləri üzrə elmi şuranın iclasında 24 dissertasiya mövzusu təsdiqlənib
18 Mart 20:48
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə ərzində 960 fermerə təlim keçirilib
18 Mart 20:39
Azərbaycan İlahiyyat İnstitutu Novruzu qeyd edib
18 Mart 20:37
Xorvatiyada Azərbaycan məhsulları sərgilənib
18 Mart 20:34
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
18 Mart 20:33
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması başa çatıb
18 Mart 20:29
Sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18 Mart 20:28
Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir
18 Mart 20:25
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
18 Mart 20:24
Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə baytar həkimlərinin yetişdirilməsi üzrə əməkdaşlığa başlayıb
18 Mart 20:22
Tur-aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
18 Mart 20:17
Novruz bayramı münasibətilə Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə bayram mərasimləri, konsertlər keçirilib
18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar
18 Mart 14:17
Əlillərin avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb
18 Mart 12:49
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
18 Mart 12:45
KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6