Ana səhifə »  Qəzetin pdf formatı »  Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
A+   Yenilə  A-
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib

Berlində, Aşağı Saksoniya federal torpağının federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV Cəmiyyətinin təşkilatçılığı və Ağstafa Aqrar Sənaye Kompleksinin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda konfrans keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Azay Quliyev, Sahib Əliyev və Şahin İsmayılov, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, Azərbaycanın Berlindəki səfirliyinin əməkdaşları, Almaniyanın siyasi, iqtisadi, elmi-mədəni və mətbuat dairələrinin təmsilçiləri, bu ölkədə yaşayan diaspor nümayəndələrimiz iştirak ediblər.

Aşağı Saksoniya federal torpağının Federal və Avropa İşləri və Regional İnkişaf Nazirliyinin nümayəndəsi Petra Şults və Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub təmsil etdikləri qurumların adından tədbir iştirakçılarını salamlayıblar.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək iki dövlət arasındakı münasibətlərin cari vəziyyətini qiymətləndirib. O, iki ölkə arasında ən yüksək səviyyədə mövcud olan siyasi dialoqu və bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya, Federal Kansler Angela Merkelin isə ölkəmizə səfərini vurğulayıb. Səfir siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlığı qeyd edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın ədalətli mövqeyinə toxunub.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman çıxış edərək Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini bildirib. O, xalqlarımız arasında münasibətlərin 200 illik uzun tarixə söykəndiyini və bunun hazırda iki dövlət arasında cari münasibətlərin inkişafı üçün möhkəm əsas yaratdığını qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Opperman Almaniyanın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə İslam dünyasında nümunəvi ölkə adlandırıb.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntsenin aparıcısı olduğu Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinə həsr olunan paneldə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir. Deputat, eyni zamanda, Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb.

Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağda yaranmış beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, amma münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirib. Alman deputat münaqişənin həlli prosesində münaqişə tərəflərindən əlavə digər maraqlı tərəflərin də mövcud olduğuna işarə edib və bunun münaqişənin həllini çətinləşdirdiyini söyləyib.

Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV Cəmiyyətinin Məsləhət Şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğulayıb. O, münaqişənin həllində Madrid Prinsiplərinə əməl olunmasının vacibliyini qeyd edib.

Tədbirin ikinci panelində “Biznes və diplomatiya” jurnalının naşiri Frank Şüttiqin aparıcılığı ilə münasibətlərin tarixi, Azərbaycanda alman irsi və iki dövlət arasında elmi-mədəni münasibətlərə dair müzakirələr keçirilib.

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux almanların tarixən Azərbaycana köç etməsi, onların ölkəmizdə səmimi qarşılanması, alman irsinə hazırda hörmətlə yanaşılması barədə söhbət açıb. Bu köçün səbəblərinə toxunan alman professor bunu çar Rusiyasının işğal etdiyi Qafqaz regionunda xristian əhalini artırmaqla özünə sosial baza yaratmaq niyyəti güddüyünü, bu məqsədlə erməni, alman, rus və digər xristian millətlərin kütləvi şəkildə Azərbaycana köçürüldüyünü qeyd edib.

Qissen Universitetinin dosenti Mixael Raynhard Hess xalqlarımız arasında ədəbi-mədəni münasibətlərin tarixinə toxunub və bu tarixin orta əsrlərə gedib çıxdığını qeyd edib. O, bu xüsusda alman ədəbiyyatşünasların Azərbaycan ədəbiyyatına olan marağına dair bir sıra misallar gətirib. Hess keçmişdə olduğu kimi, hazırda da ölkələr arasında münasibətlərin yaxşı olması üçün mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, eləcə də tələbə və tədqiqatçılar arasındakı təmasların əhəmiyyətini vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze ölkəmizdə mövcud olan alman koloniyaları ilə bağlı müsbət təcrübənin Azərbaycan-Almaniya münasibətlərinin inkişafında oynadığı rolu vurğulayıb. O, təmsil etdiyi qurumun sözügedən tarixin əbədiləşdirilməsi və qeyd edilməsi istiqamətində atdığı addımları vurğulayıb. Almaniya Kanslerinin Azərbaycana səfərinə toxunan diplomat bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairədə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.

Tədbirdə, həmçinin azərbaycanlı Məmməd Əlizadənin Azərbaycanda alman məskənlərinin tarixindən bəhs edən “Keçmişin qızıl səhifələri” adlı alman dilində yeni nəşr olunmuş kitabı müəllifin iştirakı ilə təqdim edilib.

Tədbir Azərbaycan musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib. Nərgiz Əliyevanın pianoda, Ceyhun İsmayılovun skripkada müşayiəti ilə opera ifaçıları Xalq artisti Samir Cəfərov və Nərgiz Kərimova Azərbaycan, alman və beynəlxalq musiqi əsərlərindən parçalar ifa ediblər.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli yeməklərindən və içkilərindən ibarət qəbul verilib.

 
  • Oxunub:  2850  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 17:06
“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26 Mart 15:31
Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA