Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin çağırışları sırasında bu məqsəd öndə dayanırdı - Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.

Ölkəmizin 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etməsindən bizləri ayıran 27 il tariximizə bir-birindən əhəmiyyətli uğurlar yazıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin bayrağını, himnini və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May Gününün dövlət bayramı səviyyəsində Respublika günü kimi qeyd edilməsi Azərbaycanın 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də səbəbsiz deyil. Bu, bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə böyük töhfədir. Sənəddə də qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, “91-lər”dən biri Vüqar Rəhimzadə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “91-lər”in ulu öndər Heydər Əliyevə 1992-ci ilin oktyabr ayındakı müraciəti ilə bağlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” tarixi paralellər fonunda hər bir mühüm hadisənin mahiyyətini daha dərindən dərk etməyi və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur. Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb: “Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür... Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir”. Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Müraciətdə bu inam ifadə olunurdu ki, yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar: “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük.”

Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabında partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

Məlum səbəblərdən təsis konfransını Naxçıvanda, müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 700 mindən çox üzv birləşir. Partiyanın keçirilən qurultaylarında, tədbirlərində daim onun yaranma səbəblərinə diqqət yönəldilir və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını belə əsaslandırırdı: “Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı”. Dahi şəxsiyyət bu məqamı da qeyd edirdi ki, bəziləri deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti parçalanırdı, vətəndaş müharibəsi başlamışdı.

Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığı aydın görünür. Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün böyük fəxr hissi ilə müstəqilliyimizin ildönümlərini ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşmiş, iqtisadi-siyasi, sosial böhrandan çıxmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin edilmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd edirik. Ümummilli Lider bildirirdi: “...Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.”

Qeyd etdiyimiz kimi, 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 26 ildə keçdiyi yol, əldə etdiyi uğurlar bir-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Seçki ili kimi də tarixə yazılan 2018-ci ilin fevralında keçirilən partiyanın VI qurultayında “Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir”,- söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, partiyamızın yaradılması dönüş nöqtəsi idi: “Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı.”

Dünyada analoqu olmayan hadisədir ki, partiya yarandığı qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilsin, iqtidar partiyası kimi fəaliyyətə başlasın. İlk olaraq, bu uğura Yeni Azərbaycan Partiyası imza atıb. Belə ki, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilən YAP Azərbaycanın davamlı inkişafına layiqli töhfələr vermək istiqamətində səylərini artırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı təkcə ölkənin deyil, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu.

Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması növbəti mərhələdə davamlı uğurlara yol açdı. Həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. “Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır”,- deyən dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərarı önə çəkərək bildirir: “Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.”

Ölkəmizdə demokratik cəmiyyətin əsas atributları olan insan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi və s. kimi mühüm amillərin bərqərar olması istiqamətində davamlı addımlar atıldı. Bu günümüzün əsas reallıqlarından biri də budur ki, Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunədir. Demokratikləşmə prosesinin sürətləndirilməsi öz növbəsində iqtisadi tərəqqini və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini şərtləndirdi.

27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın keçdiyi 26 illik şərəfli yol ən əsası xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir.

2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər 2013, 2013-2018-ci illərdə verdiyi vədlərin reallıqda öz əksini tapması 2018-ci il 11 aprel prezident seçkilərində qələbəsini təmin etdi.

Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyadakı əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 11 aprel prezident seçkilərində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsi növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açdı. Həmin əlavə və dəyişikliklərin bir hissəsini əhatə edən idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələn addımlardan biri də vitse-prezidentlik institutunun yaradılması idi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Təhlükəsizlik Şurasının fevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə bağlı keçirilən iclasında Birinci vitse-prezident demişdi: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Azərbaycanın Birinci vitse-prezidenti kimi də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. Birinci vitse-prezidentin iki ilə yaxın fəaliyyəti dövründə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi göz önündədir.

Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni əlavə edən 11 aprel prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Belə bir ümumiləşdirmə aparsaq, 1993-2003-cü illəri ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edən dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bu fikri də əsaslı şəkildə diqqətə çatdırdı ki, 2003-cü ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam etmişdir: “2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.”

Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir. Prezident kimi fəaliyyətə başladığı gündən İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas məqsəd kimi qarşıya qoydu. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Artıq üçüncü proqramın icrası başa çatmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını təmin etdi.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər də Azərbaycanın inkişaf modelinin özəlliyini, öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirdi.

İqtisadi tərəqqi ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın bu gününə və gələcəyinə, ədalətli mövqeyinə inamdan irəli gələn mühüm hadisə idi. Azərbaycan atdığı hər addımda siyasətində müstəqil olduğunu nümayiş etdirir. Düzgün seçilən yol Azərbaycanın dostlarının sayını artırır, beynəlxalq nüfuzunu möhkəmləndirir. 11 aprel prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq qələbəsini təmin edən İlham Əliyevə ünvanlanan təbrik məktublarında da Azərbaycanın son 15 ildə qazandığı uğurları fonunda qarşıdakı illərə inam hissi xüsusi önə çəkilmişdir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə iqtisadi qüdrətini günbəgün artırır, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Son 15 ildə Azərbaycanın təkcə enerji sektorunda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və s. kimi biri-birindən mühüm hadisələr Azərbaycanın qarşıdakı illər üçün iqtisadi imkanlarının aydın mənzərəsini yaradır.

Hər zaman qeyd etdiyimiz kimi, uğurlu başlanğıc uğurların davamlılığı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. 27 il bundan əvvəl Azərbaycan xalqı ictimai-siyasi sabitliyin təmin olunmasını, ölkənin inkişafını arzulayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq əsas hədəfimizdir.

Ölkədə keçirilən hər bir seçki prosesindən Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması onu göstərir ki, xalqın bu partiyanın siyasətinə dəstəyi, inamı böyükdür. Bu inam partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsində də özünü təsdiqləyir. Bu gün tutduğu yola sadiqliyini atdığı addımları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası imicini daha da möhkəmləndirir, yeni hədəflərə çatmaq üçün səylərini artırır.

2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq yenidən dövlət başçısı seçilən İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu önə çəkərək bildirmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin daha da qüdrətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 26 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Azərbaycanın müstəqillik tarixinin uğurlarının bələdçisi, eyni zamanda, yol yoldaşı olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Tutduğu yola sadiqlik uğurların əsasıdır. Yeni Azərbaycan Partiyası hər dövrün tələbinə uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir, Azərbaycanın beynəlxalq aləmdə yerinin və rolunun möhkəmləndirilməsinə davamlı töhfələrini verir. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycanın bugünkü reallıqları, eyni zamanda, onların fonunda müəyyənləşdirilən və reallaşdırılan böyük inam ifadə olunan hədəflər Heydər Əliyev siyasətinin təntənəsidir. Son on beş ildə Heydər Əliyev siyasətinə sadiqliyini uğurlu addımları ilə təsdiqləyən İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiqləməklə, həmçinin davamlı inkişafa yol açan Strateji yol xəritələrinin hazırlanması və icrası ilə bağlı Sərəncamı imzalamaqla bir daha modernləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini nümayiş etdirir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın diplomatik uğurları, hərbi qüdrəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Bizim hər bir qələbəmiz işğalçı Ermənistanın faciəsidir. Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Qısa təhlil 1992-ci ilin oktyabr ayının bu gününün müasir dövrümüz üçün önəmini bir daha açıqlayır və bu inamı ifadə etməyimizə əsas verir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, Ulu Öndərin yaradıcısı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük qələbələr gözləyir.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
11:02
16 Noyabr
Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günüdür
10:53
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
10:51
16 Noyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
10:49
16 Noyabr
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
10:47
16 Noyabr
Senator: Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
10:46
16 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
20:15
15 Noyabr
Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
20:12
15 Noyabr
İsveçrə və Azərbaycan arasında yüksək səviyyədə dialoq mövcuddur
20:07
15 Noyabr
XİN: Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviqinə yönələn növbəti uğursuz cəhddir
20:02
15 Noyabr
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq
19:57
15 Noyabr
Nino Çikovani: Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir
19:54
15 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib
19:52
15 Noyabr
Vyanada müasir texnologiyaların dəmir yollarında tətbiqinə dair toplantı keçirilib
19:43
15 Noyabr
Siyavuş Novruzov: Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır
19:40
15 Noyabr
Əli Hüseynov: Qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır
17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10