Ana səhifə »  Qəzetin pdf formatı »  “Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
A+   Yenilə  A-
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.

Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  15-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

19 Mart 09:39
Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı uğurla icra olundu
19 Mart 09:37
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
19 Mart 09:35
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
19 Mart 09:32
Hikmət Babaoğlu: Prezidentin əfv Sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
19 Mart 09:30
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
19 Mart 09:29
AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli “China Daily” qəzetinin layihəsində iştirak edib
19 Mart 09:25
Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib
19 Mart 09:23
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
19 Mart 09:21
Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün növbəti təlimi başa çatıb
19 Mart 09:18
Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
19 Mart 09:17
“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
19 Mart 09:15
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
19 Mart 09:13
Regionlarda yazlıq bitkilərin əkini uğurla davam edir
18 Mart 21:25
KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 21:22
Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib
18 Mart 21:20
Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd olunur
18 Mart 21:16
Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
18 Mart 21:13
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Mart 21:08
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18 Mart 21:06
Bakı Mühəndislik Universitetinin tələbə və məzunlarına əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib
18 Mart 21:02
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
18 Mart 20:59
Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
18 Mart 20:55
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18 Mart 20:52
“LUKoil” şirkəti Azərbaycanda yeni sahələrə investisiya yatırmağı müzakirə edir
18 Mart 20:51
Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil olunur
18 Mart 20:49
Filologiya problemləri üzrə elmi şuranın iclasında 24 dissertasiya mövzusu təsdiqlənib
18 Mart 20:48
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə ərzində 960 fermerə təlim keçirilib
18 Mart 20:39
Azərbaycan İlahiyyat İnstitutu Novruzu qeyd edib
18 Mart 20:37
Xorvatiyada Azərbaycan məhsulları sərgilənib
18 Mart 20:34
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
18 Mart 20:33
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması başa çatıb
18 Mart 20:29
Sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18 Mart 20:28
Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir
18 Mart 20:25
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
18 Mart 20:24
Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə baytar həkimlərinin yetişdirilməsi üzrə əməkdaşlığa başlayıb
18 Mart 20:22
Tur-aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
18 Mart 20:17
Novruz bayramı münasibətilə Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə bayram mərasimləri, konsertlər keçirilib
18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6