Ana səhifə »  Qəzetin pdf formatı »  Rafael Hüseynov: Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalanlar müsəlmanlardır
A+   Yenilə  A-
Rafael Hüseynov: Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalanlar müsəlmanlardır

İslamı üzdə müdafiə edib, işdə ona qarşı fobiyanı bir az da dərinləşdirmək siyasətinin yerinə yetirilməsi yolverilməzdir
Bugünkü məruzəçilər əhatəli təhlillər əsasında bir sıra mürəkkəb suallara aydınlıq gətirməyə müvəffəq olmağa çalışıblar. Bu məruzələr son illərdə İslam problematikası ilə bağlı Parlament Assambleyasında hazırlanan ən gərəkli araşdırmalar sırasında yer tutmağa layiqdir.

Bu fikri AŞPA-nın payız sessiyasında “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsinin tənzimlənməsi” və “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” mövzuları ilə bağlı birgə müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Deputat qeyd edib ki, bu gün dünya əhalisinin dörddəbiri İslama sitayiş edir. Həm də Yer kürəsinin müsəlman əhalisi daha sürətlə çoxalır. Ona görə də gələcəkdə bu nisbətin böyüyəcəyini, planetimizdə müsəlmanların sayının bir qədər də artacağını düşünmək olar. İslamla bağlı ayrı-ayrı mövzuların Avropa Şurasında, eləcə də bir sıra başqa beynəlxalq təşkilatlarda getdikcə daha çox yer almasının ilk səbəblərindən biri budur. İslam dünyanın böyük dinlərinin ən gəncidir. Bu din özündən əvvəlki kitablı dinlərə xüsusi ehtiramla yanaşır və onların təcrübəsindən istifadə edilərək formalaşıb. İslama “cavan din” söyləsək də, hər halda artıq onun yaşı 1400-ə çatır və dünya tarixinin bir çox mühüm hadisələrinin məhz elə bu zaman kəsiyində baş verdiyini nəzərə alsaq, yetərincə böyük müddətdir.

“Bu dinin qurucusu Məhəmməd peyğəmbərin sözləri var ki, Allah gözəldir və gözəl olanı sevir. Yəni, mahiyyəti etibarı ilə İslam gözəllik qanunları üzərində qurulmuş, haqqı, ədaləti, insansevərliyi təqdir və təbliğ edən bir inanc şəbəkəsidir. Bu dinin fəlsəfəsi zorun da, zülmün də, hər cür riyakarlığın da əleyhinədir. Odur ki, İslama bir din olaraq fobiyalarla yanaşmaq, onda hansısa mənfiliklər axtarmaq, ona qarşı sərt mövqedə dayanmaq tam yanlışdır. Böyük rus yazıçısı Fyodor Dostayevskinin adətən bir məşhur fikri tez-tez iqtibas edilir. Ancaq nədənsə çox vaxt da onun müdrik fikrinin yarısını söyləyib, ardını dilə gətirmirlər. Dostayevski “Dünyanı gözəllik xilas edəcək” deyib, amma fikrini də davam etdirərək söyləyib: “Lakin pul onu – dünyanı məhv edəcək”. “Pul” – yəni, maddi maraqlar, müxtəlif siyasət, daha çox qəsb etmək ehtirasları, bu istəklərin həyata keçirilməsindən ötrü istifadə edilən müharibələr, növ-növ münaqişələr, fitnəkarlıqlar”, - deyə R.Hüseynov bildirib.

Milli Məclisin deputatı müasir dünyanın siyasi mənzərəsinə diqqət etməyə çağıraraq deyib: “Axı necə olur ki, müsəlman ölkələrinin az qala hamısı qanlı müharibələr, sonu görünməyən hərbi qarşıdurmalar, qaçqınlıq, səfalət və digər ağır problemlərlə üzbəüzdür? Bu, təbii gedişatla baş verir və ya məqsədli şəkildə yönləndirilir?”. Millət vəkili hətta bəzən beynəlxalq platformalarda guya İslamı müdafiə etmək məqsədilə təşkil edilən müzakirələrin ardından başqa – çox da təmiz olmayan məqsədlər göründüyünü bildirib. Qeyd edib ki, üzdə müdafiə edirlər, amma işdə İslama qarşı fobiyanı bir az da dərinləşdirmək siyasəti yerinə yetirilir. Bu gün dünyada terrora və hərbi təzyiqlərə ən çox məruz qalan, radikalizmdən ən çox əziyyət çəkən müsəlmanlardır. Ancaq üstüörtülü şəkildə belə yolverilməz hərəkətlərin dünyadakı əsas törədicilərinin müsəlmanlar olması təsəvvürləri dərinləşdirilir, bununla da İslama qarşı radikallaşma meyilləri gücləndirilir. Bütün bunların arxasında öz qara niyyətlərini yüksək peşəkarlıqla icra edən böyük siyasət, geniş şəbəkəli kəşfiyyat dayanır. Bu bir qlobal hörümçək torudur. Ssenariləri onlar özləri qurur, aktyorları da özləri seçirlər. Lazım hesab etdikləri məqamlarda İslama qarşı ən kəskin addımları da özləri atır, İslamın adından ən kəskin cavabları da özləri təşkil edirlər. Beləcə, qarşıdurma illüziyası yaradırlar və sadəlövhlərə yalanı həqiqət kimi inandırmaq məqsədi güdürlər. Effekt güclü alınsın deyə dərhal dünya mətbuatını da təbliğat mexanizmi olaraq bu oyuna cəlb edirlər.

“Əlbəttə, Avropada və ümumən dünyada İslamın maliyyələşdirilməsi ilə bağlı tənzimləmə də olmalıdır, bu sahədə aşkarlıq, şəffaflıq da təmin edilməlidir. Hər cür radikallaşmaya qarşı da mübarizə aparmalıyıq, islamofobiya ilə bağlı mifləri dağıtmağa da daim səy göstərməliyik. Amma heç zaman sadədil olmamalı, pərdə arxasındakı ssenaristləri, rejissorları, kuklaların iplərini dartan aktyorları da unutmamalıyıq. Çünki bütün bu məsələlərdə bizə görünən həmişə həqiqətin yalnız cüzi bir hissəsidir. Həqiqəti bütövlüyü ilə görüb təhlil etmədən isə doğru nəticələrə çatmaq mümkünsüzdür”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü vurğulayıb.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  10-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:34
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+7 +12
gecə+2 +5