Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib

26.09.2018 [11:28]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına uğurlu inteqrasiyası üçün mütəmadi olaraq aktiv məşğulluq tədbirləri keçirilir.

Tələbə və məzunların işəgötürən müəssisə və təşkilatlarla birbaşa ünsiyyətini reallaşdıran belə tədbirlərdən biri rayon məşğulluq mərkəzlərinin iştirakı ilə sentyabrın 26-da Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin iri biznes, bank, sığorta şirkətləri və xidmət sahəsi sektorlarının işəgötürən müəssisələrinin iştirak edib.

“Karyerada ilk addım” devizi altında təşkil olunan bu tədbir tələbə və məzunlar tərəfindən maraqla qarşılanıb və gənclərin karyera quruculuğu baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Bakı şəhərinin rayon məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 53 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan üçü dövlət, 50-si qeyri-dövlət müəssisəsidir. İşəgötürənlər tədbirə 254 boş (vakant) iş yerləri təqdim ediblər, onlardan 29-u dövlət, 225-i qeyri-dövlətdir.

Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda, işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına yardım əli uzatmaqdır.

Belə tədbirlərdə iştirak edən işaxtaran vətəndaşların, xüsusilə də tələbə və məzunların əmək bazarına inteqrasiyası təmin edilir və onlar öz seçdikləri ixtisas üzrə işə düzəlməkdə müsbət nəticələrə nail olurlar.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30