Ana səhifə »  Qəzetin pdf formatı »  KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
A+   Yenilə  A-
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir

Sentyabrın 25-də Qusar rayonunda "Gömrük islahatları və modernləşdirmə" mövzusunda Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi təlimə start verilib.

AZƏRTAC xəbər verir ki, təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Trend" informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev tədbirdə iştirak edən KİV rəhbərlərinə və jurnalistlərə təşəkkürünü bildirib və bunu gömrük işinin təşkilinin səmərəliliyinin artırılmasına göstərilən dəstək kimi qiymətləndirib.

Komitə sədrinin müavini vurğulayıb ki, Dövlət Gömrük Komitəsində və gömrük sistemində islahatlar qlobal şəkildə həyata keçirilir. İslahatların məqsədi çevik idarəetmə sistemi və beynəlxalq standartlara uyğun gömrük xidmətini formalaşdırmaq, komitənin strukturunu rotasiya prinsipi əsasında qurmaq, nəzarət mexanizmindən xidmət mexanizminə keçməkdir.

İ.Babayev diqqətə çatdırıb ki, hazırda dünya gömrüyünün inkişafı əsasən üç istiqamətdə - "gömrük-biznes", "gömrük-hökumət" və "gömrük-gömrük" əməkdaşlığı üzərində aparılır. Azərbaycan Gömrük Xidməti isə bunların sırasında daha birini - "gömrük-media" əməkdaşlığını da görmək istərdi.

Komitə sədrinin müavini onu da vurğulayıb ki, ölkədə aparılan bütün islahatların fonunda gömrük sahəsində islahatların və modernləşmənin ideoloqu Prezident İlham Əliyevdir və məqsəd ölkə vətəndaşlarının, biznes subyektlərinin məmnunluğunu təmin etmək, beynəlxalq ticarəti asan və sürətli şəkildə həyata keçirməkdir.

Gömrük sahəsində yeniliklərin, islahatların mahiyyətinin və fəlsəfəsinin ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını vurğulayan İ.Babayev, bu baxımdan, Dövlət Gömrük Komitəsinin media qurumları və ictimaiyyətlə əlaqələrə xüsusi önəm verdiyini bildirib və təlimin sonunda əldə olunan biliklər hesabına kütləvi informasiya vasitələrində gömrük sistemi ilə bağlı məlumatların daha dəqiq və dolğun olacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media nümayəndələri və sahibkarlar üçün təşkil edilən analoji təlim və seminarların əhəmiyyətinə toxunub, komitənin kütləvi informasiya vasitələri və ictimaiyyətlə münasibətlərini yüksək qiymətləndirib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu gömrük sahəsində ölkə iqtisadiyyatının, beynəlxalq ticarətin inkişafına münbit şərait yaradacaq islahatlar həyata keçirildiyini və islahatların səmərəliliyinin artırılması işində bu təlimdə əldə olunacaq biliklərin də xüsusi rol oynayacağını bildirib.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təlimin yalnız jurnalistlər üçün deyil, eyni zamanda, ölkə ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, vaxtilə media üçün qapalı qurumlardan biri olan Dövlət Gömrük Komitəsi hazırda tam şəffaf dövlət təsisatlarından birinə çevrilib və xüsusilə, media orqanları ilə qurulan əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.

"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu son dövrdə media ilə işgüzar və səmərəli əməkdaşlıq münasibətlərini komitənin həyata keçirdiyi islahatların ən uğurlusu kimi qiymətləndirib və bu gün Dövlət Gömrük Komitəsi və onun fəaliyyəti ilə bağlı məlumatların çox asan şəkildə əldə olunduğunu bildirib.

"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev təlimdə iştirak edən jurnalistlərin əldə etdikləri biliklərin onların gələcək karyeralarının formalaşmasında, gömrük orqanlarının fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.

"Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev gömrük orqanlarının son dövrdəki səmərəli fəaliyyətindən, həyata keçirilən islahatların əhəmiyyətindən danışıb və gömrük-media münasibətlərinin səmərəli müstəvidə qurulmasında təlimin mühüm rol oynayacağını bildirib.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gömrük orqanları tərəfindən aparılan islahatların həm vətəndaş, həm də jurnalist kimi media nümayəndələrinin həyatında mühüm rol oynadığını və islahatların uğurla nəticələnərək mühüm nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu deyib.

Daha sonra təlim başlayıb. Təlimdə 20-dən artıq media qurumunun nümayəndəsi iştirak edir.

Təlim zamanı Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük orqanlarında aparılan islahatlar, onların mahiyyəti, gömrük nəzarəti, ticarətin asanlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, fiskal siyasət, gömrük hüquqpozmaları və digər mövzularda məlumatlar çatdırılacaq, eyni zamanda, təlim iştirakçıları əldə etdikləri bilikləri ərazidəki gömrük orqanlarında əyani şəkildə tətbiq edəcəklər.

Təlim 5 gün davam edəcək.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  25-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Fevral 17:48
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair HESABATI
19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA