Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
A+   Yenilə  A-
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub

Sentyabrın 24-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəliyə daxil edilmiş qanunların bəzilərinin texniki xarakterli dəyişikliklər olduğunu deyib. Milli Məclisin 2018-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə komitənin 15 iclası keçirilib, bu iclaslarda 62 məsələ, o cümlədən 61 qanun layihəsi müzakirə edilib.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2017-ci il 15 dekabr tarixli Qanunun icrası məqsədilə “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə edilib.

Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 44.5-ci maddəsi yeni redaksiyada verilir. Həmin maddədə deyilir: “Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir”.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.

Bundan əlavə, Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv olunur. Sənədə "Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir." məzmunlu 323.2-1-ci maddə əlavə edilir.

Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.

İclasda, həmçinin Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Nəzərdə tutulan dəyişikliklərə əsasən sənədin 49-1-ci maddəsinə “qanunla müəyyən edilmiş digər şəxslər” məzmunlu yeni bənd əlavə olunacaq. Eyni zamanda, “Hüquqi şəxsin yenidən təşkili” adlı 55-ci maddəyə “Bankların yenidən təşkili “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir” məzmunlu 55.6-ci bənd daxil ediləcək.

Qanun layihəsinə görə yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Eyni zamanda, hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası qanunla müəyyənləşdirilir. Səhmdar cəmiyyətin təsisi zamanı səhmlərin buraxılışı və dövlət qeydiyyatı bu Məcəllə və qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

Sənədə “Bu məcəllənin 98.4-cü, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar qanunda ayrı qayda nəzərdə tutulduqda, həmin qanunun müddəaları tətbiq edilir” məzmunlu 98.15-ci maddə də əlavə ediləcək. Məcəllədə, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

İclasda "Banklar haqqında" Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə də baxılıb. Bildirilib ki, bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.

Sənədə "bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək" məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək.

Dəyişikliyə əsasən bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və səhmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə "Banklar haqqında" Qanunu arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədilə hazırlanıb.

Mülki Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər ediləcək.

Qanunla təklif olunan dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

İclasda, həmçinin “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Dəyişikliyə əsasən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi - ipoteka kağızının elektron sistemində ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş şəxsdir.

Qanun layihəsinə görə, daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir. Sənədə, həmçinin “Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarix və saat) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir” məzmunlu 12.7-1-ci maddə əlavə olunacaq.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda ediləcək dəyişikliyə əsasən bu sənədin 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsində, "Standartlaşdırma haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Lotereyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

 
  • Oxunub:  4170  |  
  • Tarix:  24-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
17 İyun 21:42
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
17 İyun 20:23
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17 İyun 11:46
“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
17 İyun 11:42
İyunun 17-si Tibb İşçiləri Günüdür
17 İyun 11:37
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
17 İyun 11:06
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib
17 İyun 10:51
Neftin qiyməti bahalaşır
17 İyun 10:26
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17 İyun 09:47
Azərbaycan səfirliyinin Milli Qurtuluş Günü ilə bağlı bəyanatı Misir qəzetlərində dərc edilib
16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA