Ana səhifə »  Qəzetin pdf formatı »  İsrailli ekspert İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini şərh edib
A+   Yenilə  A-
İsrailli ekspert İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini şərh edib

İsrail Dövlətinin müdafiə nazirinin Azərbaycana səfərini həyati əhəmiyyətli tarixi hadisə hesab etmək olar, çünki bu, Aviqdor Libermanın İsrailin müdafiə naziri qismində Azərbaycana ilk səfəridir.

AZƏRTAC xəbər verir ki, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının populyar aparıcısı Vladimir Rav-Sionun “Den” analitik-informasiya verilişində bu barədə danışıb.

İsrailli ekspert qeyd edib ki, müasir mərhələdə İsrail ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri dünyanın bir sıra ölkələri üçün dostluq münasibətlərinin əsl modelidir.

Arye Qut deyib: “Bu ölkələr ən çətin anlarda bir-birinin yanında olub, həmişə bir-birini dəstəkləyib və bunu hiss ediblər. Möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri insan amili – azərbaycanlılar ilə ta qədimdən Azərbaycan ərazisində yaşayan 25 minlik yəhudi icması arasında uzunmüddətli və sıx qardaşlıq əlaqələridir. Bu ölkələrin liderləri arasında siyasi dialoq və etimad ən yüksək səviyyədədir. Həyat fəaliyyətinin, demək olar, bütün sahələrində iki dövlət arasında qarşılıqlı münasibətlər yetərincə yüksək səviyyədədir”.

Qutun fikrincə, İsrailin müdafiə naziri bu ölkənin siyasətində ən nüfuzlu xadimlərdən biridir. Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” analitik-informasiya verilişinin birbaşa efirindəki çıxışında vurğulayıb: “Aviqdor Liberman sərt, lakin çox praqmatik bir siyasətçi kimi məşhurdur. O, güzəştə getmir, lakin buna baxmayaraq həm dostları, həm də əleyhdarları arasında hörmət qazanıb, çünki o, hər şeyi öz adı ilə adlandırmağa çəkinmir. Məlumdur ki, israilli siyasətçilərin çoxundan fərqli olaraq Aviqdor Liberman sözünün sahibidir. Əgər o, nə isə deyibsə və ya vəd edibsə, bunun hökmən həyata keçirəcək, o, dostlarına sadiq qalmağı bacarır. Eyni zamanda, İsrailin həqiqi, sədaqətli dostlarına həmişə haqlı olaraq xüsusi diqqət yetirən Aviqdor Libermanın Cənubi Qafqaz regionunda Azərbaycana üstünlük verməsi özünü doğruldur. Desəm ki, məhz Aviqdor Liberman Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biridir, onda böyük sirr açmış olmaram. Bu regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini dərk edən məhz Liberman olub. Aviqdor Libermanın Azərbaycana İsrailin müdafiə naziri qismində birinci rəsmi səfəri və Azərbaycan rəhbərliyi ilə, o cümlədən Prezident İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə səmimi, açıq görüşü İsrail ilə Azərbaycan arasında siyasi və hərbi-texniki sahələrdə münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm tarixi addım və yeni mərhələ oldu”.

Ekspert öz şərhində Azərbaycan ilə İsrail arasında qarşılıqlı iqtisadi münasibətlərə xüsusi diqqət yetirib və ölkələrimiz arasında əməkdaşlığı strateji tərəfdaşlıq adlandırıb.

İsrailli analitik vurğulayıb: “Bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv və əsl strateji tərəfdaşlıq xarakter daşıyır. Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və hazırda onun həcmi 4,5 milyard dollara yaxındır. Əvvəllər bu əməkdaşlıq əsasən neft-qaz sahəsinə yönəlmişdi, indi isə şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini də əhatə edir. İsrailin müdafiə sənayesi şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak ediblər və bunu davam etdirirlər. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.

Arye Qut İsrail televiziyasının efirindəki çıxışında təəssüflə qeyd edib ki, bəzi ölkələr İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafını və möhkəmlənməsini böyük həsəd hissi ilə müşahidə edir, bu tərəfdaşlıq onları qıcıqlandırır. Arye Qut deyib: “Belə ölkələrdən biri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan Respublikasıdır. Məhz Ermənistanın təcavüzü nəticəsində bu gün Azərbaycanda bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətindədir”.

İsrailli ekspert daha sonra ölkələrimiz və xalqlarımız arasında möhkəm mədəni əlaqələrdən söhbət açıb və Yerusəlim Simfonik Orkestrinin X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməsini xatırladıb.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin doqquzuncu televiziya kanalının “Den” analitik-informasiya verilişində çıxışının sonunda deyib: “Mən, İsrail vətəndaşı olmaqla, fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi, ilk növbədə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın yəhudi icmasına yüksək hörmət, ehtiram və əsl qayğı göstərirlər. Şəxsən Prezident İlham Əliyevin sərəncamı ilə və onun dəstəyi sayəsində ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Yaxın vaxtlarda Azərbaycanda ilk yəhudi muzeyinin açılması planlaşdırılır. Bu, Cənubi Qafqazda birinci yəhudi muzeyi olacaq. Yəhudilərin Azərbaycan ərazisində yaşadığı çoxəsrlik tarix ərzində bu ölkədə heç bir antisemitizm faktı olmayıb. Biz, əslən Azərbaycandan olan israillilər, bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Bu gün multikulturalizm və tolerantlıq siyasəti yürüdən Azərbaycan bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsi Azərbaycanın əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi qalmasına mane olmur”.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  14-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10