Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb

Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb

21.08.2018 [13:29]

Bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı astaralı məzunlardan 7 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 21-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbə-gənclərlə keçirilən görüşdə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri təbrik edib.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan Q.Ağayev rayonda 34 yeni məktəbin inşa edildiyini, Burzubənd kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni təhsil ocağında tikinti işlərinin davam etdiyini, Astara şəhər 5, Şiyəkəran kənd 1, Ərçivan qəsəbə 1 nömrəli və Təngərüd tam orta məktəbində cari təmir işlərinin aparıldığını bildirib.

Diqqətə çatdırılıb ki, ali məktəblərə qəbul olan astaralı məzunların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Görüşdə rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənovun ölkəmizin ali məktəblərinə builki qəbul imtahanlarının nəticələri barədə məlumatı dinlənilib. Qeyd olunub ki, 2017/2018-ci tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində IX siniflər üzrə imtahanlara buraxılan 1282 şagirddən 1226 nəfəri, XI siniflər üzrə imtahanlara buraxılan 768 şagirddən 756 nəfəri imtahanlarda iştirak edərək təhsil haqqında attestat alıb. Tam orta təhsil səviyyəsi üzrə attestat alan məzunlardan 356 nəfəri ali məktəblərə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinə sənəd verib. İxtisas seçiminin birinci mərhələsinin nəticələrinə əsasən məzunlardan 248 nəfəri ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 31 nəfəri əvvəlki ilin məzunlarıdır. Məzunlar arasında ən yüksək nəticəni Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin məzunu Fərid Əhmədzadə göstərib. O, qəbul imtahanı zamanı 686 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Fərəhləndirici haldır ki, məzunlar arasında 76 nəfəri müəllimlik, 7 nəfəri isə ali hərbi ixtisaslara üstünlük verib. Bu il ali məktəblərə daxil olan məzunların sayına görə rayonun ümumtəhsil məktəbləri arasında Astara şəhər 1, 2 və 3 nömrəli, Kijabə qəsəbə, Pensər kənd 2 nömrəli, Səncərədi, Maşxan və Tüləgüvan kənd tam orta məktəbləri yüksək nəticələr qazanıblar.

Çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının mohkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.

Paylaş:
Baxılıb: 273 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31