Ana səhifə »  Qəzetin pdf formatı »  “The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
A+   Yenilə  A-
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Bu zaman mən Azərbaycan Respublikasının – Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsinin, İsrailin Avrasiyada strateji tərəfdaşının dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilməsi barədə düşündüm. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifinin sözlərinə görə, bu mövsümdə 80 illik yubileyini qeyd edən Yerusəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ildə Milli Radionun Orkestrinə çevrilib və “Kol Israel Orchestra” kimi tanınıb. 1970-ci illərdə orkestrin heyəti genişləndirilib və İsrail radiosunun Yerusəlim Simfonik Orkestrinə çevrilib.

“X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyilə keçirilib. Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib”, - deyə Arye Qut məqaləsində yazır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətində qeyd edilir ki, Azərbaycan xalqı öz mədəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.

Arye Qut məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq festivalın iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: “2018–ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb… Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı" adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur... Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır”.

Dünya şöhrətli dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı – Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıq və vərdişlərini nümayiş etdirmək məqsədilə bir yerlə toplaşırlar”.

Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: “Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştilik, xristian və yəhudi icmalarının vətənidir. Yəhudi xalqı Azərbaycanda hər hansı diskriminasiya, sıxışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudi icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrlə bildirib”, - deyə Dmitri Yablonski əlavə edib.

Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqdır. “Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizm və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması üzrə razılaşdırılmış səylər həyata keçirib”, - deyə Ştern qeyd edib.

Arye Qut məqaləsində diqqətə çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələri genişləndirməkdir. Bu cür tədbirlərin böyük əhəmiyyəti var. Birincisi, incəsənətin istənilən forması kimi musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən yaradılmış bütün ciddi sərhədləri aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib”, - deyə Arye Qut vurğulayır.

Məqalə müəllifinin fikrincə, Qəbələ festivalınının özünəməxsusluğu həm də bu möhtəşəm konsertlərə girişin sərbəst olmasındadır. “Musiqisevərlər hər axşam yaxşı yer üçün kamera musiqisi zalının ətrafına yığışırdılar. Sonra insanlar daha böyük konsert üçün açıq səma altında quraşdırılmış səhnənin yerləşdiyi məkana toplaşdılar. Açıq səma altında konsertlər müstəsna dərəcədə populyardır. Bu konsertlərə faktiki olaraq o qədər tamaşaçı gəlmişdi ki, festivalın təşkilatçıları bir neçə dəfə yük maşınlarında əlavə stullar gətirərək onları səhnəyə baxan yaşıl yamacda quraşdırmalı olmuşdular. Hər konsert alqışlarla başa çatırdı”, - deyə məqalə müəllifi nüfuzlu “The Jerusalem Post” qəzetində qeyd edir.

Arye Qutun fikrincə, festival günlərində Qəbələdə isti və günəşli günlər, sakit axşamlar və aylı gecələr dünyanın ən yaxşı musiqiçilərinin ürəyincə idi. “Qəbələ Beynəlxalq Musiqi festivalı Qafqaz dağlarının düz ətəyində, ağacların sıx-sıx olduğu gözəl məkanda keçirilib. Festival dərhal valeh edir, gözəllik və musiqi mükəmməlliyi haqqında dərin təəssürat oyadır. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı. Muğam festivalın ayrılmaz hissəsidir.

Azərbaycanın multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasının və harmoniyasının əks olunmasında idi ki, bunları yalnız Azərbaycanda tapmaq mümkündür”, - deyə Arye Qut İsraili nüfuzlu “The Jerusalem Post” qəzetində fikrini yekunlaşdırıb.

 
  • Oxunub:  4410  |  
  • Tarix:  15-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7