Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan şirkətləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək

Azərbaycan şirkətləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək

09.08.2018 [15:23]

Avqustun 30-dan sentyabrın 1-dək Çində "6-cı Çin-Avrasiya" Sərgisi keçiriləcək. Azərbaycan şirkətləri də bu sərgidə öz məhsulları ilə təmsil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında "6-cı Çin-Avrasiya" Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda müxtəlif xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərin, o cümlədən "6-cı Çin-Avrasiya" Sərgisinin Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında tanıdılması, yerli məhsulların Çinə ixracının genişləndirilməsi üçün əlverişli platforma olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu sərgi həmçinin, Çin bazarının imkanlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çin bazarı üzrə aparılmış araşdırmalar da bu bazarın Azərbaycan məhsullarının, xüsusilə də şərab, spirtli və alkoqolsuz içkilərin tədarükü üçün sərfəli olduğunu göstərir.
İclasda, həmçinin Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsinin, "Made in Azerbaijan" brendinin xarici bazarlarda tanıdılmasının önəmi qeyd edilib, Azərbaycan brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi bildirilib. Məlumat verilib ki, AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə beynəlxalq sərgilərdə iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçiriləcək, onlarla beynəlxalq sərgilərdə iştirak məsələlərinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların "6-cı Çin-Avrasiya" Sərgisinə, "Made in Azerbaijan" brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30