Ana səhifə »  Qəzetin pdf formatı »  Media maarifçilik hərəkatının ön sırasındadır
A+   Yenilə  A-
Media maarifçilik hərəkatının ön sırasındadır

“Rusiyada əvvəlinci türk qəzetəsi”nin yaradıcısı, görkəmli alim və mütəfəkkir, böyük maarifçi-demokrat Həsən bəy Zərdabi 143 il əvvəl mətbuatın cəmiyyətin maarifləndirilməsindəki rolunu görürdü və yüksək dəyərləndirirdi. O, xalqının inkişafı üçün çox əzablı, məşəqqətli bir həyat yolu keçdi, mövhumat və cəhalətə qarşı elmi və maariflənməni mübarizə yolu kimi seçdi.

Çağdaş dövrümüzdə də Azərbaycan mədəniyyətində mühüm yer tutan maarifçilik ideyaları millətin təbii mənəvi qaynağı və özünüdərki kimi meydana çıxır. Ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifçilik istiqamətində keçdiyi yola hər zaman işıq tutur, qələm əhli bütün dönəmlərdə olduğu kimi, yenə də maarifçilər ordusunun önündə sıralanır.

AZƏRTAC bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovanın qeydlərini təqdim edir.

Bilik Fondunun təşkilatçılığı ilə mütəmadi olaraq Azərbaycan milli mətbuatının tarixi ilə bağlı silsilə tədbirlər keçirilir. Əhalinin maarifləndirilməsi, elmi biliklərə marağın artırılması, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliği işində fəal iştirak edən və Bilik Fondunun fəaliyyətini obyektiv işıqlandıran jurnalistlərlə mütəmadi görüşlər təşkil olunur. Jurnalistlərimizin əməyi yüksək qiymətləndirilir, Fondun təşkilatçılığı ilə onların zəhmətinin bəhrəsi olan kitabların, xalqımızın tarixi və mədəniyyətinə, xüsusilə şərəfli Cümhuriyyət tariximizə həsr olunan sənədli filmlərin təqdimatı keçirilir.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamını rəhbər tutaraq, Bilik Fondu 2017-ci il oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrasına dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ilə birgə yeni bir layhə işləyib hazırladı və uğurla həyata keçirdi. 2017-ci ilin oktyabr-noyabr aylarında “Xəzər TV” MMC, “Lider TV” MMC, “ARB” Media Qrupunun “ARB 24” (Tovuz) və “Kəpəz TV” şirkətlərində Bilik Fondu tərəfindən gerçəkləşmiş “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin alim və mütəxəssislərinin, eləcə də praktik jurnalistlərin gənc aparıcı, müxbir və redaktorlar üçün silsilə mühazirə və təlimləri təşkil olundu. Gənc jurnalistlər və təlimçilər layihənin faydalılığını artırmaq üçün belə təlimlərin mütəmadi xarakter almasını arzuladıqlarını bildirirlər.

“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin ilk mərhələsinin yekunu olaraq, Bilik Fondu televiziya və radio verilişləri yayımı şirkətlərinin müxbir və aparıcıları üçün ədəbi dil normalarına riayət edilməsi ilə bağlı metodik tövsiyələrdən ibarət eyniadlı məqalələr toplusunu nəşr etdi. Bu günlərdə təqdimatı keçirilən toplu ölkədə fəaliyyət göstərən bütün televiziya və radio şirkətlərinə, eləcə də jurnalist kadrların hazırlandığı ali təhsil ocaqlarına hədiyyə ediləcək.

Ötən ilin sonunda Bilik Fondu “Kaspi” qəzeti ilə birgə bu il 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ilk dəfə respublikanın xanım jurnalistləri arasında “Azərbaycanın maarifçi qadınları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan etdi. Bayram ərəfəsində müsabiqə qaliblərinin Beynəlxalq Mətbuat Mərkəzində mükafatlandırılması mərasimi keçirildi və xanım jurnalistləri “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təbrik etdilər.

Müsabiqəyə təqdim olunan materiallardan ibarət “Azərbaycanın maarifçi qadınları” toplusu Beynəlxalq Qadınlar Günü ərəfəsində xanım jurnalistlərimiz üçün gözəl hədiyyə oldu.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərildiyi kimi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Müasir dövrdə ictimai fikrin formalaşmasını təmin edən təsirli vasitə kimi, KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti durmadan artır. Buna görə də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən biridir.

Gənc jurnalistlərin peşə vərdişlərinə daha yüksək səviyyədə yiyələnməsi üçün müxtəlif təlimlərin təşkili, Azərbaycanın jurnalistika tarixinin öyrənilməsi istiqamətində gənclərin maarifləndirilməsi və biliklərininin artırılması istiqamətində birgə fəaliyyətin qurulması məqsədilə ötən il 15 sentyabr – Bilik Günündə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və Bilik Fondunun informasiya təminatı sektoru arasında əməkdaşlığa dair niyyət sazişi imzalandı.

Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrdə, bu sahəyə marağı olan gənclərdə praktik vərdişlərin aşılanması, onların elmi və mədəni-kütləvi tədbirlərə cəlb edilməsi, istedadlı gənclərin aşkarlanması və rəğbətləndirilməsi məqsədilə Bilik Fondu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə “Gənc jurnalistlər” klubunu təsis etdi. Klubun üzvləri tez-tez müxtəlif təlimlərə, müsabiqələrə qatılır, maraqlı layihələrə imza atırlar.

Bilik Fondunun ölkənin bütün bölgələrində, eləcə də xaricdə həyata keçirdiyi maarifləndirici tədbirlər və bütövlükdə fəaliyyətimiz mütəmadi olaraq “Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”, “İki sahil”, “Kaspi”, “Mədəniyyət”, “Həftə içi”, “Mövqe”, “Palitra”, “Ədalət”, “Azərbaycan müəllimi” qəzetlərində geniş işıqlandırılır.

Kütləvi informasiya vasitələri ilə işbirliyimiz bununla yekunlaşmır. Media kapitanları və təcrübəli jurnalistlər Fondun həyata keçirdiyi layihələrdə və mühazirələrdə də fəal iştirak edirlər. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, fakültənin professor-müəllim heyətindən Nəsir Əhmədli, Allahverdi Məmmədli, Sevinc Əliyeva, Aynur Nəsirova, Samir Mirzəyev, Günel Orucəliyeva və bir çox tanınmış jurnalistlər Fondun mühazirəçilər qrupunun fəal üzvləridir.

Onların iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “20 Yanvar – mətbuatda”, “Soyqırım hadisələri - mətbuatda”, “Cümhuriyyət dövrü və mətbuat” mövzularında ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, gənclər evləri və mədəniyyət saraylarında, ali, orta-ixtisas və orta təhsil müəssisələrində təşkil olunan silsilə mühazirə və təlimlər əhalinin marağına səbəb olub.

Bilik Fondu ölkə əhalisinin müxtəlif sahələrdə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması işındə üzərinə düşən maarifləndirmə missiyasını həm alim və tədqiqatçılar, təcrübəli təhsil və mədəniyyət işçiləri, həm də peşəkar media təmsilçiləri ilə birgə yerinə yetirir. Mətbuatla səmərəli əməkdaşlıq Fondun fəaliyyətinə yeni təkan verir və ölkə ictimaiyyəti ilə əlaqələrini möhkəmləndirir.

Sonda yenə mətbuat və jurnalistika gününü bizə ərməğan qoymuş sələfimiz dahi Zərdabinin zərb-məsələ çevrilmiş bir fikrini xatırlatmağı özümə borc bildim: “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun”.

Əziz media təmsilçiləri, Sizi 22 iyul – peşə bayramınız münasibətilə təbrik edir, Zərdabi ənənələrinə sadiqliyi, aynamızın günümüzün reallıqlarını hər zaman təmiz və şəffaf əks etdirməsini diləyirik! Hədəfimiz eynidir – maarifçilik!

 
  • Oxunub:  2670  |  
  • Tarix:  20-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

17:45
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
17:40
13 Dekabr
Hikmət Babaoğlu: Biz bundan sonra da Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edəcəyik
17:38
13 Dekabr
Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı
17:37
13 Dekabr
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
17:32
13 Dekabr
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
17:27
13 Dekabr
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb
17:01
13 Dekabr
İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
16:55
13 Dekabr
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
16:50
13 Dekabr
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
16:19
13 Dekabr
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək
16:02
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
15:43
13 Dekabr
Prezident İlham Əliyev: Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
15:40
13 Dekabr
Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15:36
13 Dekabr
Prezident: Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik
15:35
13 Dekabr
RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar
15:29
13 Dekabr
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
15:27
13 Dekabr
İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
15:18
13 Dekabr
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
15:07
13 Dekabr
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
14:56
13 Dekabr
Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
14:37
13 Dekabr
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir
14:29
13 Dekabr
Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır
14:27
13 Dekabr
Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi
14:25
13 Dekabr
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
14:17
13 Dekabr
YAP İdarə Heyətinin iclası keçirilmişdir
14:14
13 Dekabr
Özbəkistan portallarında Ulu Öndərin anım günü ilə bağlı yazılar yerləşdirilib
14:12
13 Dekabr
Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi
14:11
13 Dekabr
Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı
12:54
13 Dekabr
TAP: Yunanıstan və Albaniya marşrutunun 87 faizində torpaq örtüyü bərpa olunub
12:37
13 Dekabr
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
12:24
13 Dekabr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir
12:16
13 Dekabr
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb
11:59
13 Dekabr
Abşeron rayonunun Məmmədli kəndində 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
11:56
13 Dekabr
İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub
11:52
13 Dekabr
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib
11:50
13 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
11:49
13 Dekabr
Artıq 2338 şəhidin 3038 vərəsəsinə birdəfəlik ödəniş verilir
11:42
13 Dekabr
Əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
11:40
13 Dekabr
Asiya İnkişaf Bankı ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur
20:30
12 Dekabr
Daşkənddə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə festivalı və fotosərgi təşkil olunub
19:47
12 Dekabr
İspaniya qəzeti Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbirindən yazıb
18:40
12 Dekabr
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var
17:57
12 Dekabr
Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu olub
17:50
12 Dekabr
Eldar İbrahimov: Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir
17:48
12 Dekabr
Nizami Cəfərov: Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq
17:37
12 Dekabr
Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
17:32
12 Dekabr
ADNSU Ufa Dövlət Neft Texniki Universiteti ilə yeni elmi əməkdaşlıq əlaqələri qurur
17:25
12 Dekabr
Pakistanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan seminar keçirilib
17:00
12 Dekabr
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
16:34
12 Dekabr
Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub
16:33
12 Dekabr
Təhsil Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
16:26
12 Dekabr
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib
16:25
12 Dekabr
Erkan Özoral: Ulu öndərin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük məsafələr qət edib
16:08
12 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+6 +8